Ana səhifə

20 il sonra həyatımız necə olacaq?

    Tarix: 17-02-2018 22:57   

 20 il sonra həyatımız necə olacaq?
Dünyanın ən məşhur fiziklərindən biri olan Michio Kaku keçən həftə Dubayda düzənlənən Dünya Hökumət Zirvəsində çıxış edib.

Son illərdə çox sürətlə inkişaf edən süni zəka, DNA və kosmos texnologiyası haqqında danışan Kaku elmin gücünü nəzərə alaraq, bundan 20 il sonra olacaq şeyləri açıqlayıb.

20 il sonra, yəni, 2038-ci ildə nələr olmasını gözləyirsiniz? Bu gündən 20 il öncəsinə baxaraq, interneti ilk dəfə aktiv şəkildə istifadəmizi təmin edən Windows 98 sisteminin çıxdığını görürük. 20 il içində internetin və digər kompüter texnologiyalarının inkişaf etdiyi nöqtəni hər cür insan görə bilər. Bəs bundan 20 il sonra nə olacaq?

Musavat.com Türkiyə mətbuatına istinadən 20 il sonra bizi nələrin gözlədiyini sıralayır.



Dünya 2.0

Kakuya görə, illər keçdikcə texnologiya inkişaf edəcək və bu durum dilimizə təsir edəcək. Keçmişdə istifadə etdiyimiz bir çox ifadədən istifadə etməyəcəyik. Məsələn, “kompüter” sözü bütün dünya dillərində aradan qalxacaq. Çünki hər şey kompüterləşəcək. Televizor, telefon kimi texnoloji cihazların xaricində stəkan, şalvar, masa, divar, qaşıq, velosiped, insan və adını saya bilmədiyimiz demək olar ki, hər şey computer olacaq. Dünya üzərindəki bütün əşyalar “ağıllı” olduğu zaman ortada bir kompüter termini də qalmacaq. Günümüzdə normal bir saata “saat”, elektronik saata isə “ağıllı saat” deyirik. Gələcəkdə normal saat yerinə hər şey ağıllı saat olarsa, ona ağıllı deməyimizə ehtiyac qalmayacaq.



3D İLƏ SUPER KAPİTALİZM

20 il sonra 3D surətçıxarmanın həyatımıza birbaşa təsir edəcəyi şübhəsizdir. Bunu da Kaku deyib. Onun sözlərinə görə, “yeni bir dünya haqqında danışırıq, xəyal edə bildiyiniz hər şeyi yarada bilərsiniz. Özəl surətçıxarma sayəsində ayaqqabıları, o çox sevdiyiniz zinyət əşyalarını və ya geyimləri evinizdə olan bir 3D surətçıxarma ilə çıxara biləcəksiniz. Məsələn, uşağınız bir oyuncaq istəyir, bunun üçün etməli olduğunuz tək şey 3D üçün lazım olan texniki çəkimi endirməkdir. 3D surətçıxarma uşağınız üçün oyuncağı hazırlayacaq”.




AĞILLI DİVAR KAĞIZLARI

Bəlkə də “olmaz belə şey” deyəcəksiniz. Amma evlərinizin divarlarına vuracağınız divar kağızları da yaxın gələcəkdə ağıllı olacaq. Bir ekrana baxmaq yerinə ağıllı divarlara baxacaq və işlərimizi burdan həyata keçirəcəyik. İstədiyimiz məlumatları bizlərə göstərəcək ağıllı divar kağızları, dizüstü kompüter, televizorlar, ağıllı telefonlar, monitorlar və bir ekrana ehtiyac olan hər şeyi əvəzləyəcək. Divarlarımız bir ekran olacağı üçün bizləri evimizin köşəsindən alıb, ən uzaq nöqtələrə apara biləcək.

Müasir dövrdə belə bəzi ağıllı telefonlarda təcili dil tərcüməsi üçün addımlar atılır. Bundan 20 il sonra demək olar ki, hər şey ani tərcümə olunacaq. Dilimizi bilməyən biri ilə danışmaq üçün öz dilimizdə danışmağa davam etməyimiz kifayət edəcək.



MAŞINLAR SİZİ İSTƏDİYİNİZ YERƏ APARACAQ

Gələcəkdə maşınla bir yerə getmək üçün nəqliyyatda əziyyət çəkmək əziyyətindən qurtulacağıq. Bəlkə uçan maşınlar tam olaraq geniş yayılmayacaq. Amma onsuz da yerdəki nəqliyyat vasitələrini süni intellektlətə təslim edəcəyimiz üçün buna çox da ehtiyac qalmayacaq. Bununla birlikdə yollarda gedərkən maşınınız daim şarj olacağı üçün nəqliyyatın benzini və ya “zaryadka”sının bitməsi dərdi də olmayacaq.

SÜNİ ZƏKALAR QOCALMAĞI DAYANDIRA BİLƏR

Kaku eyni zamanda bildirib ki, süni zəkalar bizə kralların və kraliçaların belə fəth edə bilmədiyi bir şeyi verə bilər: yaşlanmanı gecikdirməyi. Kakunun verdiyi açıqlamaya görə, hər şeyin yaşlanıb ölməsinin səbəbi xətalardan qaynaqlanır. İnsanlar daxil olmaq üzrə bütün canlılar xətalı olduğu üçün ölürlər. Süni zəkalar yaşlı insan genomu ilə gənc insan genomunu qarşılaşdırıb, yaşlanmanın harada baş verəcəyinin fərqinə vararsa, bu səhvlər ortadan qaldırılaraq sonsuz və ya çox daha uzun bir həyatın qapısı aralana bilər.


SUPER KAPİTALİZM



Günümüzün ən böyük problemlərindən biri kapitalizmdir. Kapitalizm güclü ilə gücsüzün arasındakı boşluğu ifadə edir. Günümüzdə insanların %1-i, dünya iqtisadiyyatının %50-inə hökm edər. Qalan %99 isə %50 ilə yola getməyə çalışır. Əgər 3D kimi texnologiyalar həqiqət olar və insanların hər şeyi evlərində hazırlama şansı yaranarsa, ortaya super kapitalizm çıxar. Çünki günümüzdə hər şeyin bu qədər baha olmasına səbəb olan “vasitələr” ortadan qalxacaq və istehsal edən firmayla müştəri qarşı-qarşıya qalacaq. Bu da qazananın “tamamını”, qazanmayanın isə heç bir şey almamasını təmin edər. Bütün bunlara baxmayaraq, super kapitalizm, normal kapitalizmdən daha sağlan bir cəmiyyət anlayışıdır. Bu model nümunəsində yuxarıda qalanlar çox yuxarıda qalsa da, aşağıdakılar bəlli bir bərabərlik çərçivəsində irəliləyəcək. Super kapitalizm onsuz da internetlə bərabər başlayıb. İnsanlar internetdən alış-veriş edərək, zamanla super kapitalizmi özləri yaradırlar.

Sevinc, musavat.comшаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net