Ana səhifə

10 ayda Azərbaycandan Monteneqroda daşınmaz әmlak üçün 45 milyon dollar çıxarılıb

    Tarix: 01-12-2017 10:13   
 10 ayda Azərbaycandan Monteneqroda daşınmaz әmlak üçün 45 milyon dollar çıxarılıb

Kiçik Balkan ölkəsi Montenegronun Mərkəzi Bankı 2017-ci ilin 10 ayı ərzində ölkədə xarici vətəndaşlar tərəfindən daşınmaz əmlaka qoyulan yatırımlara dair statistika açıqlayıb.

Statistikaya əsasən bu ilin 10 ayı ərzində Rusiya vətəndaşları Montenegroda mənzillər, evlər və digər daşınmaz əmlak almaq üçün 35.6 milyon dollar yatırıb. Azərbaycan vətəndaşları isə bu ölkədən 45 milyon dollarlıq daşınmaz əmlak alıb. Bu göstərici üzrə liderliyi Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları tutur – 87 milyon avro.

Azərbaycan vətəndaşları Çexiyadan da ən çox daşınmaz əmlak alan xaricilər sırasındadır. Habelə son illər azərbaycanlılar öz pullarını Türkiyədə də daşınmaz əmlaka intensiv şəkildə yatırıblar. Azərbaycanlıların ötən il Gürcüstana qoyduqları yatırım isə 600 milyon dollara yaxın olub.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net