Ana səhifə

Azərbaycanda yeni fırıldaq - Pulunu ver, ərinin yazışmalarını oxu! (VİDEO)

    Tarix: 11-11-2017 11:04   
 Azərbaycanda yeni fırıldaq - Pulunu ver, ərinin  yazışmalarını oxu! (VİDEO)


Hakerlər sosial şəbəkələrdə şəxsi məlumatları ifşa edən xidmətlər təklif etməkdə davam edir. Bu şəxslər pul müqabilində şəxsi mesajlardan tutmuş şəkillərə qədər bütün informasiyaları bir neçə dəqiqə ərzində oğurlayırlar.

Pul müqabilində həmin şəxs qadınlara həyat yoldaşlarını nəzarətdə saxlamağı təklif edir. Belə ki, pulunu verirsən və ərinin SMS, “Whatsapp” və sosial şəbəkələrdəki yazışmalarından xəbər tutursan.

Şikayətçinin sözlərinə görə, hətta telefon danışıqlarını belə əldə etmək mümkündür.

İddianın doğruluğunu yoxlamaq üçün deyilən nömrə ilə əlaqa saxladıq. Məlum oldu ki, həmin şəxs tək kişilərin yox, sifariş əsasında elə qadınların da telefonuna qanunsuz müdaxilə edir.

Onun pulu əvvəlcədən istəməsi isə təklif etdiyi qanunsuz xidməti belə şübhə altında qoyur. Fəaliyyətinin qanunsuz olduğunu xatırlatdıqda isə, qanunlara məhəl qoymadığını bildirib.

İnsanlar isə bunu şəxsi həyata müdaxilə hesab edirlər. Onlar bu təşəbbüsün nikahın dağılması ilə nəticələnə biləcəyini deyirlər.

Qanuna görə, başqasının internet hesabını sındıranlarla yanaşı, bunu sifariş edənlər də cinayət məsuliyyəti daşıyırlar. Kibercinayətkarı isə azadlıqdan məhrumetmə cəzası gözləyir.
AzVision.az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net