Ana səhifə

AZAL-da “Atletiko”ya görə 7 azərbaycanlı işdən qovuldu

    Tarix: 02-11-2017 08:16   
   AZAL-da “Atletiko”ya görə 7 azərbaycanlı işdən qovuldu


Rekord.az-a daxil olan məlumata görə, ispanların Bakı səfəri 7 azərbaycanlının işini itirməsi ilə nəticələnib.

Bildiyiniz kimi, Madrid təmsilçisini Bakıya AZAL-a aid “Qarabağ” təyyarəsi gətirib. Heydər Əliyev Hava Limanına eniş edəndən sonra bütün xarici vətəndaşlar kimi onlar üçün ayrılan zolağa daxil olub qeydiyyatdan keçiblər. Bu zaman hava limanında olan həmyerlilərimiz ispan futbolçulara yaxınlaşıb həm avtoqraf alıblar, həm də şəkil çəkdiriblər. Bu mənzərə isə qonaqların ürəyincə olmayıb və hava limanının rəhbərliyinə şikayət ediblər ki, sizin vətəndaşlar bizi yorur. Çünki onlar tez zamanda qeydiyyatdan keçib otelə getmək istəyirdi. Məhz bu səbəbdən hava limanının rəhbərliyi belə qərara gəlib ki, “Atletiko” futbolçuları İspaniyaya qayıdanda onları arxa qapıdan keçirib təyyarəyə yola salsınlar. Bu zaman isə hava limanında çalışan əməkdaşlar ispanlarla şəkil çəkdirmək üçün müraciət edib. Məlumata görə, onların sayı 7 nəfər olub. Bakıda xal itirdikləri üçün onsuz da dilxor olan Madrid futbolçuları bu durumdan qəzəblənərək yenidən hava limanının rəhbərliyinə şikayət ediblər. İspanların növbəti şikayətindən sonra isə rəhbərliyin qərarı ilə hava limanının ispanlarla şəkil çəkdirən 7 əməkdaşı işdən azad olunub.


Beləliklə, “Atletiko”nun Bakı səfəri 7 azərbaycanlının işini itirməsi ilə nəticələnib.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net