Ana səhifə

Gecə 00:30-da nə baş verəcək? – DİQQƏTLİ OLUN

    Tarix: 05-09-2017 23:59   
 Gecə 00:30-da nə baş verəcək? – DİQQƏTLİ OLUN

Ay Yer kürəsinə çox yaxınlaşdığı üçün bu gecə 00:30-dan 4:00-a qədər ciddi şüalanma olacaq. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə xəbərdarlıq edilib. Kütləvi surətdə hər kəsə göndərilən xəbərdə iddia edilir ki, güclü şüalanmadan qaçmaq üçün 00:00-dan başlayaraq, saat 04:00-a qədər telefonları söndürmək məsləhətdir.
Qeyd edək ki, rəsmi şəkildə heç bir açıqlama verilmədiyindən, bu haqda sosial şəbəkədə yayılan informasiya və xəbərdarlıqlar ciddiyə alınmır. Ay ayda bir dəfə planetimizə yaxınlaşaraq perigey nöqtəsini keçir. Mayın 26-da baş verən Ay perigeyi isə 2017-ci ilin ən yaxın məsafəsi hesab edilir.
Bu gün üçün Ayın Yerə yaxınlaşacağı haqda rəsmi məlumat yoxdur. Ancaq hazırda Ay çox parlaq və iri görünür. Bunu adi gözlə də müşahidə etmək mümkündür.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net