Ana səhifə

Keçmiş sovet məkanındakı etnik ruslar özlərini Rusiyaya bağlı sayırlar

    Tarix: 26-07-2017 10:47   
Keçmiş sovet məkanındakı etnik ruslar özlərini Rusiyaya bağlı sayırlar
Sovet İttifaqı 1991-ci ilin dekabrında süqut edəndə bu məkanda 25 milyon etnik rus qaldı. Bu gün etnik ruslar bir çox keçmiş sovet respublikalarında ən böyük azlıq sayılırlar. «Pew» sorğu mərkəzi üzə çıxarıb ki, onlar özlərini daha çox Rusiyaya meylli sayırlar. Sorğu Mərkəzi və Şərqi Avropa ölkələrində keçirilib.

«RUSİYANIN ETNİK RUSLARI QORUMAQ ÖHDƏLİYİ VAR»

Rusiyadan kənarda ən böyük etnik rus əhali Estoniya, Latviya və Ukraynada yaşayır. Elə bu ölkələrdəki ruslar «Qərbin nüfuzunu balanslaşdırmağa güclü Rusiya lazımdır» fikriylə daha çox razılaşırlar.

Eyni zamanda, bu ölkələrdəki etnik ruslar Rusiyanı böyük hərbi təhlükə saymağa meylli deyillər. Yaxud Ukraynanın şərqindəki zorakılıqlara görə Rusiyanı və ya rusiyapərəst separatçıları günahlandırmırlar.

Ukraynadakı münaqişə Rusiyanın digər keçmiş sovet respublikalarına potensial müdaxiləsi sarıdan narahatlıq yaradıb. Sorğu üzə çıxarıb ki, etnik ruslar Rusiyanın sərhədləri hüdudlarında yaşayan etnik rusları qorumaq öhdəliyi olduğunu düşünürlər, onlar qeyri-rus vətəndaşlardan daha çox belə düşünməyə meyllidirlər.

Məsələn, Estoniyada bu fikirdə olan etnik ruslarla qeyri-rusların nisbəti 76% – 23%-dir.

ÖZLƏRİNİ VƏTƏNDAŞ SAYMIRLAR...

Bu ölkələr 20 ildən çoxdur müstəqillik qazanıblar. Di gəl, Estoniyadakı rusların 32, Latviyadakı ruslarınsa 24%-i özlərini bu ölkələrin vətəndaşları saymadıqlarını dilə gətiriblər.

Rəyi soruşulan etnik ruslar düşünürlər ki, cəmiyyət müxtəlif millətlərdən, din və mədəniyyətdən ibarət olsa, yaxşı olar. Maraqlıdır ki, Rusiyanın özündə etnik ruslar digərlərinə nisbətən daha az bu fikirdədirlər.

Estoniya, Latviya və Ukraynadakı etnik ruslar sovet keçmişinin nisgilini də yaşayırlar. Qeyri-ruslarla müqayisədə, onlar Sovet İttifaqının dağılmasının pis şey olmasına daha artıq inanırlar.

Bir maraqlı məqam da odur ki, etnik ruslar Sovet İttifaqının baş memarlarından olan Josef Stalin-i daha xoş yada salırlar. Ancaq adı Sovet İttifaqının dağılmasıyla bağlanan Mikhail Gorbachev-a elə də müsbət yanaşmırlar.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net