Ana səhifə

“Ölüm mövcud deyil və…” – Alimdən SENSASİYALI İDDİA

    Tarix: 16-06-2017 11:31   
“Ölüm mövcud deyil və…” – Alimdən SENSASİYALI İDDİA

“Ölümdən sonra həyat varmı?”. Bu, bütün zamanların cavab axtarılan suallarından olub.
Turkustan.info SİVİL.AZ–a istinadən xəbərinə görə, Şimali Karolina universitetinin tibb məktəbinin professoru bildirib ki, ölüm bizim şüurumuzun yaratdığı illyuziyadır. Robert Lantsa görə, ölən adam paralel dünyaya hərəkət edir.
Tədqiqatçı eyni zamanda, qeyd edir ki, insan həyatı çoxillik bitkiyə bənzəyir, hansı ki daim yenidən doğulmaq üçün qayıdır. Bizim gördüyümüz hər şey şüurumuzun köməyi ilə mövcuddur: “Əksər insanlar ölümə inanırlar çünki onları məhz belə öyrədirlər. Yaxud düşünürlər ki, şüurun funksionallığı daxili orqanlardan asılıdır. Hesab edirəm ki, ölüm yaşamın sonu deyil, yalnız başqa paralel dünyaya keçiddir. Fizikada sonsuz sayda qalaktikaların olması nəzəriyyəsi çoxdan mövcuddur. Baş verən hər bir şey artıq haradasa baş verib, yaxud baş verəcək hər hansı bir hadisə hal-hazırda haradasa baş verir. Bu baxımdan demək olar ki, ölüm mövcud deyil”

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net