Ana səhifə

Vətəndaşı təhqir edən polis cəzalandırılmayıb? – [Video]

    Tarix: 10-02-2017 09:56   
Vətəndaşı təhqir edən polis cəzalandırılmayıb? – [Video]
Bir müddət əvvəl sosial şəbəkələrdə polisin vətəndaşları təhqir etdiyi görüntüləri əks etdirən video yayılmışdı.

Sonradan məlum olmuşdu ki, vətəndaşı təhqir edən polis Dövlət Yol Polisi mayoru Məmmədsadıq Nağıyevdir. Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev mətbuata bildirmişdi ki, məsələ ilə bağlı araşdırmalar aparılır.

Abzas.net-ə daxil olan məlumata görə, Məmmədsadıq Nağıyevlə bağlı heç bir ölçü götürülməyib və o hələ də öz işini davam etdirir.

Xatırladaq ki, bir müddət əvvəl Şirvan şəhərində yol polisi ilə vətəndaş arasında insident baş vermişdi. Yol polisi mayor Məmmədsadıq Nağıyev “VAZ 2107” markalı 90 XO 607 nömrəli avtomobili reyd zamanı saxlayandan sonra, sürücüylə aralarında anlaşılmazlıq baş vermişdi və molis mayoru sürücünü Polis İdarəsinə gətirərək təhqir etmişdi.

Həmin videonu sizə təqdim edirik.

Zəruri qeyd: Videoda nalayiq ifadələr işlədilir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net