Ana səhifə

Sahibini üzdən tanıyan telefonlar gəlir

    Tarix: 24-01-2017 09:09   
 Sahibini üzdən tanıyan telefonlar gəlir
“Apple” korporasiyası yeni “iPhone”larda “Touch ID” texnologiyasından imtina edərək üz tanıma texnologiyasına üstünlük verəcək.
Trend Sputnik-ə istinadən xəbər verir ki, bu barədə “KGİ Securities” şirkətinin analitiki Min Çi Kuo bildirib. Min Çi Kuo deyib ki, yeni smartfonlarda çərçivəsiz OLED-ekranların tətbiqi nəticəsində korpusda Home düyməsi və barmaq izini tanıyan “Touch İD” sensoru üçün yer qalmayacaq.
Bunun əvəzinə yeni biometrik təhlükəsizlik texnologiyası işlənib hazırlanır. Həmin texnologiyaya əsasən “iPhone” öz sahibini ön kamera vasitəsilə üzdən tanıyacaq. “KGI Securities” eksperti optik barmaq izi skanerinin işlənib hazırlanmasını da istisna etmir. Bu skaner displeyin altında yerləşdirilə bilər. KGI analitikləri hesab edirlər ki, Apple-nin elastik OLED-ləri 3D Touch sistemi vasitəsilə gücün tanınması sayəsində işə düşəcək.
Cari versiyalarda isə bu funksiya yoxdur. Deyilənə görə, payızda şirkət “iPhone”nun 3 versiyasını təqdim edəcək. Onlar şüşə korpus və iki kameradan ibarət kompakt modellər olacaq.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net