Ana səhifə

“Qarabağ”-“Çelsi”: millət vəkillərindən - Proqnoz

    Tarix: 12-09-2017 17:40   
“Qarabağ”-“Çelsi”: millət vəkillərindən - Proqnoz

Bu gün saat 22:45-də Avropa Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ” “Çelsi” klubu ilə ilk oyununa çıxacaq.

Axar.az xəbər verir ki, millət vəkilləri axşam baş tutacaq oyunla bağlı öz proqnozlarını verib.

Fazil Mustafa: Çox güclü rəqiblə üz-üzəyik. Hesabın 3-1 “Çelsi”nin xeyrinə olacağını düşünürəm. “Qarabağ”ın “Çelsi”ni səfərdə udmasını gözləmirəm. Ancaq ümid edirəm ki, “Qarabağ” müəyyən addımlar ata biləcək.

Aqil Abbas: “Çelsi” Avropanın ən güclü 10 komandasından biridir. Amma “Qarabağ” da tarix yazan komandadır. Bu futboldur, təbii ki! “Çelsi” ilə oynamaq böyük fərqlilikdir. “Qarabağ” onların qarşısına çıxacaq və sona qədər döyüşəcək. Bütün türk dünyasının sevgisi onlarladır.

Vahid Əhmədov: “Qarabağ” pərəstiş etdiyim komandalardandır. “Çelsi” isə çox güclü komandadır. Onun rəhbəri Abramoviç vaxtı ilə SSRİ-də yaşamış adamdır. Amma “Qarabağ”ın da əzmlə döyüşəcəyinə inanıram. Hesabın heç-heçə (1-1 və ya 2-2) olacağını düşünürəm.

Qeyd edək ki, “Çelsi” - “Qarabağ” matçı bu gün saat 22:45-də başlayacaq.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net