Ana səhifə

ŞOK OLAY: Azərbaycan futbolçusu əlinə bıçaq aldı və yenə də jurnalist … – VİDEO

    Tarix: 18-11-2016 18:59   
ŞOK OLAY: Azərbaycan futbolçusu əlinə bıçaq aldı və yenə də jurnalist … – VİDEO
Azərbaycan birinci divizionunun 12-ci turu çərçivəsində keçirilən “Bakılı” – “Energetik” oyununda ara qarışıb. Cumhuriyyet.az futbolinfo.az-a istinadən xəbər verir ki, sahiblərinin 7 nömrəli futbolçusu Vurğun Həsənzadə sonuncu dəfə 7-ci turda meydana çıxmış mingəçevirli Vahid Rostami ilə mübahisə edib.
Tərəflərin söz savaşı daha sonra bir-birlərini itələmək, ardınca isə “Bakılı”nın futbolçusunun rəqibinin başına yüngül şillə vurması ilə davam edib. Bunu görən qonaqların futbolçuları komanda yoldaşlarının müdafiəsinə qalxıblar. “Bakılı”ların da məsələyə qarışması ilə kütləvi dava başlayıb.
Hakimlər briqadası, habelə hər iki tərəfin məşqçilər heyəti məsələyə müdaxilə etdikdən sonra aranı sakitləşdirmək mümkün olub. Lakin matç başa çatdıqdan sonra “Energetik”in vitse-kapitanı Ruslan Həmidov meydan sahiblərinin paltardəyişmə otağına hücum çəkib. Deyilənə görə, onu buna vadar edən paytaxt komandasının oyunçularından birinin ağır söyüş işlətməsi olub. Həmin an “Bakılı”nın əməkdaşı Elşən Acalov polislərə müraciət edərək, “bıçaq götürdü” deyib. O, daha ağır münaqişənin qarşısını almağı xahiş edib. Polis əməkdaşlarının hücumçəkənin əlində bıçaq görüb-görmədiklərini dəqiqləşdirilməsə də, bıçaq işə düşməyib.
Hadisəni videolentə almaq istəyən “Futbol+” qəzetinin əməkdaşı Şəfi Şəfiyevə isə maddi və mənəvi ziyan dəyib. Mingəçevir klubunun futbolçularından biri Şəfiyevi itələyərək, telefonunu əlindən alıb, yerə çırpıb. Bundan sonra adını dəqiqləşdirə bilmədiyimiz, lakin şəklini çəkdiyimiz oyunçunu paltardəyişmə otağına salmaq mümkün olub.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net