Ana səhifə

Yunus Səfərovun yaralı fotosunu yayan polislərin vəsiqəsi əlindən alındı – ONLAR DİN SIRALARINDAN AZAD EDİLƏCƏK

    Tarix: 13-07-2018 22:05   

Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd həyata keçirən Yunus Səfərovun həbsdən sonra döyüldüyünü əks etdirən fotolarının yayılması sosial şəbəkələrdə hüquq-mühafizə orqanlarına qarşı sərt tənqidlərə səbəb olmuşdu.

Düzdür, sonradan Yunus Səfərov telekanallara çıxardıldı və öz dilindən üzündəki  xəsarətləri zərərsizləşdirilərkən aldığını dedi.

Gununsesi.info-nun araşdırması zamanı isə bəlli olub ki, Yunus Səfərovun yerə uzandığı halda fotosunu çəkib yayanlar polis əməkdaşlarıdır. 

Məlumata görə,  Daxili İşlər Nazirinin müavini Oruc Zalovun həmin polislərin xidməti vəsiqələrini əllərindən aldığı və onların DİN sıralarından xaric ediləcəyi bildirilir. /Gununsesi.info/

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net