Ana səhifə

İki uşaq anasını maşınla vurub, öldürən sürücü niyə gizlədilir...

    Tarix: 17-06-2018 15:12   


Bakıda baş verən dəhşətli qəza ilə bağlı bəzi müəmmalı məqamlar ortaya çıxıb. Qəza zamanı dünyasını dəyişən qadının ailəsi narazıdır. Çünki sürücünün adı açıqlanmır.

Musavat.com xəbər verir ki, iyunun 9-da Heydər Əliyev prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1982-ci il təvəllüdlü İmanquliyeva Lalə Salman qızı yolu keçərkən avtomobillə vurulub. 2 azyaşlı uşaq anası olan Lalə İmamquliyeva aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, qəzanı törədən avtomobil "Opel" markalı maşın olub. Hadisə şahidlərinin dediyinə görə, avtobomilin sürəti yüksək olduğundan piyada bir neçə metr hündürlüyə qalxaraq yerə çırpılıb. Bildirilir ki, sürücü hadisə yerindən qaçmayıb, maşından düşərək qadına köməklik göstərib.

Məlumata görə, hadisənin baş verdiyi ərazidə piyada xətti və piyada keçidi olmadığından hər gün insanlar həmin yoldan istifadə edərək böyük təhlükə ilə üz-üzə qalırlar. Ancaq hadisə baş verən zaman, saat 9 radələrində orada yolu tənzimləyən polis əməkdaşı olub. Polis əməkdaşı həmin zaman yolda avtomobillərin dayanmasına işarə edib. Yolun solu ilə hərəkət edən avtomobillər dayansa da, sağ tərəflə hərəkət edən "Opel" markalı maşın sürətini azaltmayıb və yola davam edib. Bu zaman avtomobillərin dayandığını düşünən Lalə İmanquliyeva yolu keçmək istəyib. İki avtomobilin qarşısından keçəsə də sağ zolaqda maşınla vurulub.

Lalə İmanquliyevanın ailə üzvləri musavat.com-a bildiriblər ki, fakt üzrə cinayət işi Nəsimi Rayon Polis İdarəsində başlanılıb. Onlar qeyd edib ki, işi araşdıran müstəntiq Elşən Bədirzadə qəzanı törədən sürücünün saxlanıldığını deyib. Lakin bir neçə gün sonra məlum olub ki, sürücü sərbəst buraxılıb.

Mərhumun ailə üzvləri bildiriblər ki, sürücünün kimliyi barədə onlara heç bir məlumat verilmir: "Biz bilmirik ki, qəzanı törədən sürücü kimdir. Biz onun adını öyrənmək istəsək də, heç bir məlumat verilmir. Saxlanılan şəxsin həmin sürücü olub-olmadığı bilinmir. Biz bu suallara cavab almaq üçün Daxili İşlər Nazirliyinə də müraciət etmişik. Hətta müstəntiq bizə söylədi ki, qəzanı törədən sürücü barəsində həbs-qətimkan tədbiri seçilib və Bakı İstintaq Təcridxanasına - Kürdəxanıya köçürülüb. Lakin biz yas mərasimi ilə məşğul olarkən onu azadlığa buraxıblar. Heç bir səbəbsə göstərilmir".

L.İmanquliyevanın yaxınları deyir ki, hazırda müstəntiqlə əlaqə saxlamaq mümkün deyil. İş günü olmadığından rəsmi qurumlarla da əlaqə saxlamaq mümkün deyil. Əlavə məlumat verməyə çalışacağıq.

İlkin Muradov
Musavat.com

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net