Ana səhifə

Xocavənd istiqamətində düşmən itki verdi XÜSUSİ TƏYİNATLIDIR?

    Tarix: 11-06-2018 08:53   

 

Bu gün saat 18.00 radələrində qoşunların təmas xətiinin Xocavənd-Ağdam istiqamətində Ermənistan işğalçı birləşmələrinin bir hərbi qulluqçusu vurulub.

Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, qondarma "dqr müdafiə nazirliyi" 1992-ci ildə anadan olmuş, müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Vahan Yeloyanın ölümcül güllə yarası aldığını açıqlayıb. İnsidentdin hansı şəraitdə baş verdiyi göstərilmir.

Erməni xüsusi təyinatlıları ön xətdə: foto iyunun 4-də yayılıb

Virtualaz.org təxmin edir ki, Vahan Yeloyan xüsusi təyinatlı qüvvələrin döyüşçüsü ola bilər. Çünki bu günlərdə sosial şəbəkələrdə Ermənistan silahlı qüvvələrinin xüsusi təyinatlılarının təmas xəttinin həmin istiqamətində ön xəttə çıxarıldığını əks etdirən foto yayılmışdı. İstisna deyil ki, düşmən qüvvələri təmas xəttinin bu istiqamətində hansısa təxribatlar planlaşdırır, yaxud mövqelərini irəli çəkməyə cəhd edir.

Virtualaz.org

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net