Ana səhifə

Azərbaycanda şok hadisə – ölü dirildi

    Tarix: 08-06-2018 15:43   


Azərbaycanda şok hadisə – ölü dirildi

Want create site? Find Free WordPress Themes and plugins.

Ürəyinə damar tıxanması səbəbindən bir neçə stend qoyulan 50 yaşında bir vətəndaşımız iki gündən sonra müayinə üçün yenidən əməliyyat olunduğu xəstəxanaya aparılıb.

“A24.az”ın “moderator.az” saytına istinadən verdiyi məlumata görə, həkimlər bildiriblər ki, hər şey qaydasındadır və onun Bakıdan Bərdəyə qayıtmasına icazə verilib. Pilləkənlərlə aşağı düşərkən xəstənin halı qəflətən pisləşib və təkrarən qolundan tutub həkimlərin kabinetinə çatdırıb yerdə uzadıblar. Xəstəni təkrar müayinə edən həkimlər onun artıq dünyasını dəyişdiyini bildiriblər.

Beləliklə, Bərdəyə həmin şəxsin ölüm xəbəri verilib və “cənazə”ni təcili yardım maşını ilə rayona aparıblar. Rayonda yas çadırı qurulub və məzar yeri qazılıb. Amma xoşbəxtlikdən bu zaman kimsənin ağlına gəlməyən bir olay baş verib. Yolda silkələnmədən və ya hansısa naməlum səbəbdən “meyit” dirilib və “məni hara aparırsınız” sualı verərək hamını şoka salıb.

Beləliklə, xəstəni Bərdə rayonuna aparıblar və dəvət olunmuş həkimlər – kardioloq və nevropatoloq onun vəziyyətinin stabil olduğunu bildiriblər.

Qeyd edək ki, xəstənin adı-soyadı və olayın paytaxtın hansı xəstəxanasında yaşandığı barədə “moderator.az”da dəqiq məlumat var. Amma hələ ki, bu barədə ətraflı məlumat verilməsini məqsədəuyğun hesab etmirik. Ümid edirik ki, Səhiyyə Nazirliyi məsələyə reaksiya verəcək və yalnız bundan sonra oxucularımıza əlavə maraqlı məlumatlar verəcəyik.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net