Ana səhifə

“MedEra hospital”da daha bir uşağa qarşı rüsvayçılıq – Video

    Tarix: 23-05-2018 10:13   



 

“MedEra hospital” klinikasında soyğunçuluqla üzləşdiyini söyləyən vətəndaş Bayram Hacıyev sosial şəbəkələrdə video müraciətini yayıb.

AzEuroNews.com xəbər verir ki, feysbukdan prezidentə üz tutan B.Hacıyev övladının idmançı olduğunu, uşağın ürəyində problem yarandığını və təcili klinikaya çatdırdığını bildirib.

Onun sözlərinə görə, “MedEra hospital” onu valideyn kimi övladının qarşısında xəcalətli edib: “Mən Oqtay Şirəliyevi məlumatlandırıram, 21 saylı poliklinikada kardiloq tapılmadı.

Bizi bu klinikaya yönləndirdilər. Mən əsgər yetişdirirəm, amma bu klinikalar gələcəyimizi məhv edir.

Pulun yoxdursa, sənə baxmırlar. Cənab prezident, sizinlə birlikdə vətən xainlərini ifşa edəcəyik”.

Xatırladaq ki, sözügedən klinikada daha bir uşağın valideyni pula görə pis vəziyyətdə qalmışdı.

Mübariz Aslanov adlı istifadəçi “MedEra hospital” klinikası haqda yazmışdı ki, kartdan pul çıxarmaq üçün bankomat tapmamışdı və klinikanın həkimi Əli Quliyev onun 40 dərəcə qızdırmalı uşağına baxmaqdan imtina etmişdi. Sonra tərəflər barışmışdılar.

 

 


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net