Ana səhifə

Bakıda güclü partlayış: 2 ölü, 2 yaralı - Video

    Tarix: 21-05-2018 16:49   


 


   
15:37
"Elit" ticarət mərkəzinin yanında avtomobil ehtiyyat hissələrinin satıldığı ərazi yaxınlığındakı kafedə partlayış olub.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Ölənlərdən biri qadındır. Kafe işçilərinin verdiyi məlumata görə, ölən qadın kafe sahibinin qardaşı arvadı olub.
İlkin ehtimallara görə, kafedə qaz balonu partlayıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova partlayış nəticəsində yaralanan iki nəfərin vəziyyətinin ağır olduğunu deyib.
Onun sözlərinə görə, biri qadın, digəri isə orta yaşlı kişi olan yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net