Ana səhifə

“Lotu Quli”nin yaxın adamını öldürənlər sərbəst buraxıldı - VİDEO

    Tarix: 14-04-2018 13:12   
 

8 apreldə Türkiyənin Antalya şəhərinin Kəmər qəsəbəsində baş verən, Rusiya və Türkiyənin gündəmini zəbt edən cinayət barədə detallar üzə çıxıb. "Qafqazinfo” xəbər verir ki, həmin gün Arslanbucaq məhəlləsində bir nəfər öldürülmüş, bir gənc isə yaralanmışdı. Hadisədən sonra əraziyə cəlb edilən polislər onların üstündən saxta şəxsiyyət vəsiqəsi aşkarlamışdı. Aparılan araşdırmalar zamanı həmin şəxslərin əslində gürcü kriminal avtoritet "Giya” ləqəbli Qayoz Zviadadze Lonqinozoviç və mühafizəçisi Giqa Qiorkelidze olduğu müəyyənləşib. 

Məlumata görə, onlar villalarına yaxınlaşan zaman naməlum şəxslər "Giya” və mühafizəçisini atəşə tutublar. Başından vurulan Qayoz Zviadadze yerindəcə ölüb. 27 yaşlı mühafizəçi isə ayağından yaralanıb. Cinayətkarlar hadisə yerindən qaçaraq istifadə etdikləri avtomobili boş ərazidə tərk ediblər. Lakin, bu da cinayətkarların polislərdən qaçmağına mane olmayıb.Həmin atvomobilin kirayə götürüldüyü, nömrənin isə saxta olduğu dəqiqləşdirilib.
Polislər izləri təqib edərək onların yerini müəyyənləşdirib. Keçirilən əməliyyat nəticəsində rus, gürcü və erməni əsilli olduğu bildirilən 6 nəfər – A.Ruslan (54), G.David (55), P.Giqa (27), K.David (32), M.Akaki (32) və J.Arman saxlanılıb. Cinayətin Rusiyanın Rostov vilayətinə nəzarət uğrunda baş verdiyi bildirilir. Ehtimallara görə, Giyanın qətli onun ən böyük rəqibi Nodar Rustavski kimi tanınan Nodar Asoyan tərəfindən sifariş edilib.
Məlumata görə, Giya 4 ay öncə Nodar qarşısında güc toplamaq məqsədilə Türkiyəyə gəlib və bu istiqamətdə gizli fəaliyyət görməyə başlayıb. Onun Türkiyədə ən böyük dəstəkçisi isə "Lotu Quli” olub. Hətta yanvarda keçirilən oğru yığıncağını (sxodka) da məhz onun idarə edib. Məlumat üçün bildirək ki, 60 yaşlı Qayoz Zviadadze Gürcüstanın Kutaisi şəhərində doğulub. Onu Rusiyada Giya Kuaiski kimi də tanıyırlar. İlk dəfə 20 yaşında həbsxanaya girən kriminal avtoritet ömrünün 21 ilini həbsxanada keçirib.
***
Saxlanılan şəxslər 8 saatlıq dindirmədən sonra sərbəst buraxılıblar. Onların həbs edilməsi üçün kifayət qədər dəlil olmadığı qənaətinə gəlinib. Onların Türkiyədən çıxışına isə qadağa qoyulub. İstintaq davam edir. 







шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net