Ana səhifə

FHN Bakıda tikilməkdə olan yaşayış binasındakı yanğın haqda YENİLƏNİB, VİDEO

    Tarix: 12-04-2018 22:57   
7


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda tikilməkdə olan yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Virtualaz.org FHN-in saytına istinadən bildirir ki, yanğın Bakı şəhəri, Binəqədi rayonunda tikintisi başa çatmamış, hər mərtəbəsi 800 m² olan 12 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində baş verib. Nəticədə mərtəbədə quraşdırılmış taxta qəliblər 480 m² sahədə yanıb. Taxta qəliblərin qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.

***20:16

Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Virtualaz.org-un məlumatına görə, bildirilir ki, yanğın binanın yuxarı mərtəbəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***20:02

Paytaxtda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, yanğın Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində binanın yuxarı mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net