Ana səhifə

ATƏT-in MÜŞAHİDƏ MİSSİYASININ MƏTBUAT KONFRANSINDA QALMAQAL - VİDEO

    Tarix: 12-04-2018 17:59   
 


Aprelin 12-də saat 14:30-da ATƏT DTİHB missiyasının konfransında bir qrup hökumətyönlü jurnalist və hakimiyyət nümayəndəsinin qalmaqal yaratmasından sonra missiya tədbiri dayandırmalı olub.
Turan-nın məlumatına görə, missiya seçkilərin gedişində və səsvermə zamanı qeydə alınan pozuntu faktlarını açıqlayarkən sözügedən şəxslər qışqırmağa başlayıblar və etiraz ediblər. Qutulara bülletenlərin topa ilə atılması, eyni şəxslərin bir neçə dəfə səs verməsi haqda fikirlər xüsusilə kəskin reaksiya doğurub.
Qrupdakı adamlar “Yalan danışmağa son qoyun!”, “Bu, doğru deyil!” çıgıraraq missiya üzvlərinin oturduqları tribunaya tərəf gediblər.
Nəticədə tədbir dayandırılıb, missiya üzvləri zaldan çıxıblar. “Qoy, getsinlər, onlar kimdir ki, yalan danışıqlar”, – bir qrup şəxs qışqırıb.
Müşahidə missiyasına etiraz edənlərin  «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Xalq qəzeti»ndən Əliqismət Bədəlov  və başqalarının olduğunu bildirilir.

ATƏT DTİHB missiyasının üzvləri 20 dəqiqədən sonra onlar qayıdaraq öz rəylərini oxumağa davam ediblər.
«Topa bülletenlərin atılması müşahidə olunub. Pozuntuların qarşısının alınması üçün lazımi addım atılmayıb», – deyən ATƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker əlavə edib ki, fundamental hüquq və azadlılar seçkinin başlıca şərtidir. Ancaq seçki prosesində hüquq və azadlıqlar ciddi şəkildə məhdudlaşdırılıb ki, bu da ATƏT öhdəliklərinə ziddir.
O, prezidentin seçki kampaniyasında iştirak etmədiyini, amma xarici nümayəndə heyətlərini qəbul etdiyini vurğulayıb.
«Digər namizədlər prezidenti açıq şəkildə tənqid etməyib. Seçkidə əsl rəqabət mühiti olmayıb. Dövlət orqanlarının işçiləri və tələbələrə təzyiqlər ciddi hadisədir və qarşısı alınmalıdır. Jurnalistlər məcburi həbslərə və suçlanmalara məruz qalıb. Tənqidlərə görə onlar belə halla üzləşiblər», – ATƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri Corien Jonker bildirib.
AŞPA-nı təmsil edən nümayəndə heyətinin rəhbəri Viorel Riceard Badea deyib ki, xüsusi koordinatorun dedikləri ilə razıdır. «Hər bir millətin öz rəhbərini seçmək hüququ var. Biz vəziyyəti dərindən təhlil etmişik», – deyə o, hakimiyyəti insan haqlarının vəziyyətini yaxşılaşdırmağa, Venesiya Komissiyasının, ATƏT DTİHB-nin tövsiyələrini nəzərə almağa, Avropa Məhkəməsinin qərarlarını icra etməyə çağırıb.
ATƏT DTHİB-nin seçkini müşahidə missiyasının rəhbəri əlavə edib ki, monitorinqin nəticələri çap olunmuş variantda mövcuddur və istənilən şəxs onunla tanış ola bilər.


шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net