Ana səhifə

FHN polkovniki və polis zabiti qız üstündə bank işçisini döyüb - FOTO

    Tarix: 06-03-2018 09:12   

 




Cəlilabad rayonunda bank işçisi iki zabit tərəfindən döyülüb. Döyülən Yusif Quliyev özü Criminal.az saytına açıqlamasında bildirdi ki, rayon polis şöbəsinin kapitanı Nəsimi Bağırov, qardaşı Əfqan Bağırov və qohumları, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad rayon Yanğından Mühafizə İdarəsinin rəisi, polkovnik-leytenant Şahin Cəfərov onu döyərək ağır xəsarətlər yetiribllər.

"Cəlilabad kredit evi" təşkilatının kredit mütəxəssisi olan 20 yaşlı Y.Quliyevin sözlərinə görə, hadisə qız üstündə olub: "Nəsiminin qardaşı Əlihüseynin qızına elçi göndərdiyimə görə məni döyüblər. Fevralın 13-də küçədə Əfqan mənə yaxınlaşdı, qolun salıb dedi ki, mən sənin üçün Əlihüseynəm ki, qız istiyəsən sənə toxunmayam. Sonra məni döyməyə başladılar. Üz-gözüm tanınmaz hala salıblar. Ekspert rəyi verib. Baş Prokurorluğa şikayət etmişəm. Polis rəisi çağırdı ki, səni döyənlərin 200 manat cəriməsi var, şikayəti geri götür. Sonra Nəsimi ilə görüşdürdülər, məni təhqir etdi. Nəsimi mənə dedi ki, sən polisdən polisə şikayət edirsən?''
Y.Quliyev onu döyən şəxslər qanun çərçivəsində cəzalandırılsını tələb edir. 
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmadı. 



шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net