Ana səhifə

Paytaxt məktəblərindən birində psixotrop dərman satan şagird aşkarlandı

    Tarix: 09-02-2018 20:27   
Paytaxt məktəblərindən birində  psixotrop dərman satan şagird aşkarlandı

Paytaxt məktəblərindən birində şagird həmyaşıdlarına narkotik və psixotrop preparatlar satıb.

BiG.AZ xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”a Xətai rayon Polis İdarəsindən məlumat daxil olub.

İnsident barədə polisə 138 saylı orta məktəbin direktor müavini Pikə Əhmədova məlumat verib.

O bildirib ki, 2012-ci il təvəllüdlü, 10-cu sinif şagirdi T.Q. (adı istintaq sirri olduğu üçün açıqlanmır) sinif yoldaşlarına güclü təsirli psixotrop vasitələr satıb. Əhmədovanı isə bu barədə elə T.Q. sinif yoldaşları məlumatlandırıb.

Hal-hazırda Xətai rayon 34-cü Polis Bölməsinin İstintaq Şöbəsində fakt üzrə araşdırma aparılır.

Yetkinlik yaşına çatmamış şəxsin hələ saxlanılmadığı bildirilir. Polis onun psixotrop vasitələri hansı yolla əldə etdiyini, onları hansı miqdarda, kimlərə satdığını müəyyən etməyə çalışır.

Məlumata görə, həmin vasitələr apteklərdə yalnız həkim resepti ilə satılır. İstintaq davam edir.шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net