Ana səhifə

''Kürd Vüqar'' qətlə yetirilən bələdiyyə sədrinin qardaşını öldürdü - SARAYDA QAN DAVASI

    Tarix: 17-01-2018 08:56   
''Kürd Vüqar'' qətlə yetirilən bələdiyyə sədrinin qardaşını öldürdü - SARAYDA QAN DAVASI
Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi baş verib. "Report"un yerli bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Saray qəsəbə sakini Muğan Əfqan oğlu Salikov öz həmyerlisi "Kürd Vüqar" ləqəbli şəxs tərəfindən qəsəbədəki "Qatar" restoranında vəhşicəsinə döyülüb və onunla gələn bir neçə nəfərin hücumuna məruz qalıb.
Buna da bax: Qatil bələdiyyə sədri və ərini necə öldürdüyünü danışdı - "Ölməli idi...”
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının zədə məntəqəsinə çatdırılıb. Ancaq onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, yaralı komaya düşdükdən sonra ayılmayıb. Onun meyiti morqa yerləşdirilib.

Muğan Salikovla "Kürd Vüqar" arasında əvvəllər də ədavətin olduğu bildirilir. 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənov evlərində qətlə yetirilib. Onların boğazında və bədəninin bir neçə nahiyəsində bıçaq xəsarətləri olub.
Buna da bax: "Fədai əmi anamın otağına girdi..." - DƏHŞƏTLİ QƏTLİN ŞAHİDİ
Hadisəni törətməkdə şübhəli sayılan 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Eyni zamanda həmin vaxt hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov adlı şəxs də tutulub. O, bundan əvvəl tutulmuş 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynovun qardaşıdır. V.Hüseynov ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılır.
Buna da bax: Məmur qadını öldürən qatil onunla gizli eşq yaşayırmış - Sensasion faktlar
Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Abşeron rayon Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub və bələdiyyə sədri V.Əbilhəsənovanın yaxın adamları kimi tanınıb. Hadisə zamanı V.Əbilhəsənova və onun həyat yoldaşı qətlə yetiriləndən sonra evdən pul və heç bir qiymətli əşyalar oğurlanmayıb.
Faktla bağlı araşdırma aparılır.шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net