Ana səhifə

Zığda uçqun: torpaq altında qalan fəhlə xilas edildi (YENİLƏNDİ) - VİDEO

    Tarix: 17-11-2017 22:25   
Zığda uçqun: torpaq altında qalan fəhlə xilas edildi (YENİLƏNDİ) - VİDEO

Bakının Suraxanı rayonu, Zığ qəsəbəsində torpaq uçqunu altında qalmış fəhlə xilas edilib.
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu FHN-in xilasediciləri tərəfindən xilas edilib.
Qeyd edək ki, hadisə Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə baş verib.
***
Paytaxtın Zığ qəsəbəsində torpaq uçqunu olub.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Publika.az-a verilən məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu torpaq altında qalıb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb.
Hazırda xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.


Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net