Ana səhifə

Azərbaycanda yenə zəlzələ olub

    Tarix: 16-11-2017 21:32   

Azərbaycanda yenə zəlzələ olub

Bərdədə zəlzələ olub.

APA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ bu gün saat 20:43:42-də, Bərdədən 8 km cənub-qərbdə qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar Ağdam rayonunda da hiss olunub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, yeraltı təkanlar rayonun əksər kəndlərində hiss olunub. Rayon ərazisində dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən gün axşam Bərdə və Ağdam rayonları ərazisində baş vermiş zəlzələ nəticəsində Ağdamda 2, Tərtərdə 2 yaşayış evi tamamilə uçub. Onlarla evə ciddi zərər dəyib.

Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net