Ana səhifə

“Lotu Quli” Türkiyədə klanını formalaşdırır - “Taxt” uğrunda Asatryanla DÖYÜŞ BAŞLAYIR

    Tarix: 06-11-2017 15:08   
“Lotu Quli” Türkiyədə klanını formalaşdırır - “Taxt” uğrunda Asatryanla DÖYÜŞ BAŞLAYIR
“Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun (hazırda həbsdədir - red.) yaxın ətrafı nəhayət, müvəqqəti varisin namizədliyi ilə bağlı qərara gəlib.
Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, kriminal dünyada “bir nömrəli qanuni oğru” olmağa ən yaxın şəxs Vasiliy Xristoforov (“Vasya Voskres”) hesab edilir.
2016-cı ilin avqustunda Zaxariya Kalaşovun həbsindən sonra onun varisinin namizədliyi haqqında müzakirələr aparılsa da, yekun qərar qəbul edilməmişdi. “Şakro”nun klanından bildirilirdi ki, “bir nömrəli qanuni oğru” azadlığa çıxacaq.


Ancaq “taxt”a müəyyən iddialar yenə də qalırdı. Məsələn, 2016-cı ilin sonunda üç avtoritet - Yuri Piçuqin (“Piçuq”), Vladimir Tyurin (“Tyurik”) və Laşa Şuşanaşvili (“Laşa Rustavski”) “taxt”a iddia edirdi. Güman edilirdi ki, “Şakro” azadlığa çıxmasa, Tyurin Rusiya mafiyasının yeni üzü olacaq. “Piçuq”un bütün operativ işlə məşğul olacağı, “Laşa”nın xaricdə klanın nümayəndəsi olacağı deyilirdi.
Amma 2017-ci il bu planlar çökdü və “Piçuq”u cinayət seriyasına görə həbs etdilər.
Kriminal dairələrdə bir vaxtlar Oleq Şişkanovun (“Şişkan”) “taxt”a çıxması imkanını fəal müzakirə edirdilər. Bundan başqa, Mixail Voyevodinin (“Mişa Lujneski”) “bir nömrəli qanuni oğru” adına mümkün namizədliyi haqqında danışırdılar. Amma o, İsveçrədə sakit və xoşbəxt yaşayır, Rusiyaya qayıtmaq isə planlarına daxil deyil.
Hazırda “Şakro”nun üzərində məhkəmə gedir. Görünür, o, yaxın vaxtlarda azadlığa çıxmayacaq. Buna görə də onun klanında müvəqqəti varisin namizədliyi haqqında ciddi olaraq fikirləşməyə başlayıblar. Müzakirələrdən sonra, seçim hələlik Vasiliy Xristoforov üzərindədir. Bunun bir neçə səbəbi var. Onun başqa avtoritetlər arasında çəkisi hansısa suallar yaratmır. İstənilən avtoritet Xristoforovla ünsiyyət saxlaya bilər. ”Vasya”nın həmçinin kriminal aləmdə vəsait yığımı təcrübəsi var. O, bununla bir vaxtlar “kriminal general” Aslan Usoyanın (“Ded Xasan”) qruplaşmasında məşğul olub.


Kriminal dairələrdə ciddi təsirə malik olan “Vasya” taxta çıxmağa hələlik öz razılığını verməyib. “Şakro”nun klanı isə artıq tələsməlidir. Bildirildiyi kimi, son zamanlar “bir nömrəli qanuni oğru” adına Eduard Asatryan (“Edik Osetrin”) iddia edir. “Vasya”nın çoxdankı düşməni görünməmiş fəallıq nümayiş etdirir. Asatryan hazırda Moskvada güclü qruplaşma toplayır, hətta öz ətrafına keçmiş opponentləri, məsələn, Dmitri Çanturiyanı (“Miron”) qəbul edir.


Amma bu da son deyil. Ötən ay azadlığa çıxan azərbaycanlı avtorietet Nadir Salifov (“Lotu Quli”) “bir nömrəli qanuni oğru” olmaq ambisiyasını gizlətmir. Azadlığa çıxandan sonra Türkiyəyə gedən “Lotu Quli” hazırda burada klanını formalaşdırır.
Məlumata görə, hazırda “Quli”nin ətrafında qardaşı Namikdən başqa “Puxliy”, “Kuner”, “Nika”, “Maçi”, “Merab” və “Pipiya” ləqəbli avtoritetlər var. Məhz onlar klanın özülünü təşkil edəcək. Klana 2015-ci ildən “Şakro”nun “qara siyahı”sına düşən şəxslərin da qəbulu gözlənilir.
Ömər Dağlı

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net