Ana səhifə

Deputatın ailəsindəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

    Tarix: 10-10-2017 14:28   
Deputatın ailəsindəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Millət vəkili, professor Musa Qasımlının bacısı qızı Xalidə Rzayevanın öldüyü qəzanın bəzi təfərrüatları məlum olub.

Bakupost.az xəbər verir ki, Sumqayıt şəhəri ərazisində Qubadlı rayon sakini Orxan Həziyevin idarə etdiyi "Mercedes” markalı avtomobillə törətdiyi qəza zamanı 4 piyada vurulub. Vurulan 2 qadın hadisə yerindəcə keçinib, 2 kişi isə ağır bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin sözlərinə görə, vəfat edən Xalidə Rzayeva və Sahibə Səfərli qəza zamanı nəqliyyat vasitəsinin altında qalıb. Avtomobil onları 70-80 metr sürüyüb.

Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Qadınları xilas etmək mümkün olmasa da, vurulan digər 2 piyada xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Millət vəkilinin bacısı qızı X.Rzayevanın 52 yaşı varmış. O, işdən evə dönərkən bədbəxt hadisə ilə üzləşib.

Qeyd edək ki, hadisə oktyabrın 8-də, saat 20:00 radələrində qeydə alınıb.

Sumqayıt ŞPİ tərəfindən faktla bağlı araşdırma aparılır.

10:43

Millət vəkili, professor Musa Qasımlının ailəsinə ağır itki üz verib.

Deputatın bacısı qızı Xalidə Rzayeva faciəli şəkildə vəfat edib. Onu yaşadığı Sumqayıt şəhərində avtomobil vurub.

Allah rəhmət eləsin!

Cebhe.info

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net