Ana səhifə

Məşhur oğrunun oğru övladı, Lənkəranskinin "xaç oğlu", ən gənc avtoritet - DOSYE - FOTOLAR

    Tarix: 02-10-2017 19:56   
Məşhur oğrunun oğru övladı, Lənkəranskinin "xaç oğlu", ən gənc avtoritet - DOSYE - FOTOLAR
Azərbaycanlı məşhur kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ölümündən sonra onun “klan”ı getdikcə zəifləməkdədir.

Lent.az-ın məlumatına görə, Lənkəranskinin öldürülməsindən sonra onun rəhbərlik etdiyi mafioz qruplara müxtəlif gürcü kriminallar tərəfindən idarə edildiyi xəbərləri yayılıb.

Bəs Rövşənin yaxın adamları sayılan azərbaycanlı oğrular kimlərdir. Onlardan Ülfət Tağıyev (Rufo Gəncinski) və Zaur Şipilov (Zaur Naxçıvanski) həbsdə, Hacıbaba Talıbxanlı isə (Hacı Beylaqanski) isə hazırda Türkiyədir.


Arayış

Hacı Beylaqanski 1982-ci il martın 29-da Beyləqan rayonunda anadan olub. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gedib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda qanuni oğru adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb.


Həmin vaxtı Rövşənin digər silahdaşı Ülfət Tağıyev də (Rufo Gəncinski) də taclandırılıb. Rufo hazırda Rusiyada cəza çəkir. Adam öldürməyə cəhddə təqsirləndirilən kriminal aləm üzvü 2015-ci ildə 8 il müddətə azadlıqdan məhrum edilib.

Zaur Şipilov kimdir?

Zaur Bayram oğlu Şipilov 1985-ci ilin oktyabrın 18-də Rusiyanın Orenburq şəhərində anadan olub. Zaur kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Bayram Talıbov azərbaycanlılar içində çox böyük nüfuza malik olub. 2006-ci ilin aprelində o, “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib. 21 yaşlı Zaur isə həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilir. Rövşən Zaurun yetişməsində, atasının yolunu getməsində böyür rol oynayıb. Zaur xırda cinayətlərdə iştirak edib. Lakin həmin dövrdə həbs olunub, hər hansı türmədə cəza çəkməsi ilə bağlı məlumat yoxdur. Adətən Rövşənin killerləri kimi tanınan Hacı Beylaqanski və Rufo Gəncinki ilə bir yerdə olub. Rusiya mətbuatında Zaur Şipilov Rövşən Lənkəranskinin “xaç oğlu” adlandırılıb. Məhz Rövşənin təşəbbüsü ilə ona 2013-cü ildə Türkiyədə keçirilən sxodkada “qanuni oğru” titulu verilib. 27 yaşında qanuni oğru olan Zaur Şipilov “Zaur Naxçıvanski” kimi tanınmağa başlayır. Zaur Orenburqda doğulub böyüsə də, həmin şəhərdə onu oğru kimi az adam tanıyır. Lakin kriminal aləmdə nüfuzu olan “Culfalı Bayram”ın oğlu olması, Rövşən Lənkəranskinin yanında yetişməsinə görə hər zaman hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə olub.

Zaur Naxçıvanski 2015-ci ilin oktyabrın ayında Moskvanın Alayski bazarında olan “Çertanovskoy” restoranında polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində külli miqdarda narkotik vasitə (heroin) aşkarlanıb. Ona Rusiya Cinayət Məcəlləsinin 228-ci (narkotik vasitə) ittihamı verilib. O, istintaq dövründə Moskvada yerləşən “Matroskaya Tişina” həbsxanasına gətirilir. Zaur Şipilovun işinə Moskva şəhər Çertanov rayon Məhkəməsi baxır. Məhkəmənin hökmü ilə Zaur Naxçıvanski 3 il müddətə azadlıqdan məhrum edilir. Onu “Matroskaya Tişina” cəzaçəkmə müəssisindən Samara vilayətində olan həbsxanaya etap edilib. Həmin türmədə o, tanınmış qanuni oğru Vladimr Ozerskiy (Vova Zyuzya) ilə birgə cəza çəkib.

Zuar Şipilov 2017-ci ilin iyun ayında cəza çəkdiyi müəssisədən yenidən Verxneuralsk vilayətinə etap edilib.

Şipilovun cəzası 2018-ci ilin oktyabrın 6-da başa çatır. O, azərbaycanlılar içində ən gənc qanuni oğrulardan biridir.
Məşhur oğrunun oğru övladı, Lənkəranskinin "xaç oğlu", ən gənc avtoritet - DOSYE - FOTOLAR
Məşhur oğrunun oğru övladı, Lənkəranskinin "xaç oğlu", ən gənc avtoritet - DOSYE - FOTOLAR

Məşhur oğrunun oğru övladı, Lənkəranskinin "xaç oğlu", ən gənc avtoritet - DOSYE - FOTOLAR
Məşhur oğrunun oğru övladı, Lənkəranskinin "xaç oğlu", ən gənc avtoritet - DOSYE - FOTOLAR
Məşhur oğrunun oğru övladı, Lənkəranskinin "xaç oğlu", ən gənc avtoritet - DOSYE - FOTOLAR

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net