Ana səhifə

“AAAF Park”ın sahibi həbs edildi - Tanınmış iş adamı hansısa dini sektanın üzvüdür

    Tarix: 22-09-2017 14:15   
“AAAF Park”ın sahibi həbs edildi - Tanınmış iş adamı hansısa dini sektanın üzvüdür
"AAAF Park” Yaşayış Kompleksinin rəhbəri, tanınmış iş adamı Tofiq Heydərov həbs edilib.

Mia.az bildirir ki, "Ölkə.Az”ın əldə etdiyi məlumata görə, prokurorluq əməkdaşları "AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb. Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda "AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə "Ölkə.Az”-a məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər.

Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdür.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net