Ana səhifə

Hadisə yerindən qaçan maşın Kəmaləddin Heydərovun qardaşınındı

    Tarix: 04-08-2017 21:29   
Hadisə yerindən qaçan maşın Kəmaləddin Heydərovun qardaşınındı
Ötən gün Bakının Heydər Əliyev prospektində baş verən dəhşətli qəza ilə bağlı xəbər vermişdik. Qəzadakı 10-PP-203 dövlət nömrə nişanlı "Gelandewagen" markalı avtomobilin Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus olduğu iddia edilirdi.



Bir az əvvəl mətbuatda qəza törədən "Gelandewagen" 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" avtomobili ilə yarışdığı qeyd olunurdu.

unikal.org xəbər verir ki, "Mazda" markalı avtomobilin kimə məxsus olmasını araşdırıb.


Əldə ediyimiz məlumata görə, 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" Heydərov Səməd Fəttah oğluna məxsusdur.
Hadisə yerindən qaçan maşın Kəmaləddin Heydərovun qardaşınındı

Qeyd edək ki, Səməd Heydərov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qardaşıdır.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net