Ana səhifə

Rəşad Qafarovun qətlindən bir neçə saat əvvəl onu görüşə çağıran kim olub... YENİLƏNİB

    Tarix: 03-07-2017 22:50   
Rəşad Qafarovun qətlindən bir neçə saat əvvəl onu görüşə çağıran kim olub... YENİLƏNİB

Biznesmen Rəşad Qafarov öldürülməzdən bir neçə saat əvvəl həyat yoldaşına deyib ki, işlə bağlı görüşə gedir.

Bu barədə Çexiya mənbələri biznesmenin arvadına istinadən xəbər verir. Arvadı bildirir ki, Rəşad Qafarov hadisədən bir neçə saat əvvəl onu görüşə çağıran şəxslə danışıb, bu zaman onun danışığında hər hansı həyacan, narahatlıq müşahidə olunmayıb. Hazırda Çexiya polisi biznesmenlə danışan həmin şəxsin kimliyini dəqiqləşdirr.

* * *17:55

Bizneslə məşğul olduğu Çexiyada, Praqa şəhərində iyunun 30-da öz avtomobilində ölü tapılan azərbaycanlı iş adamı, TERN Transport & Trading CZ şirkətinin baş direktoru Rəşad Qafarov ölümündən iki gün əvvəl özünün Facebook hesabında xoşbəxt təbəssümlə gülümsəyərkən çəkilmiş fotolarını paylaşıb.

Virtualaz.org xəbər verir ki, Qafarovun Facebook dostları fotonun altına öz şərhlərini yazaraq ona xoş arzularını ifadə ediblər.

İyunun 29-da Facebook istifadəçiləri ona mesaj göndərərək əhvalını soruşub. “Oktay Vayic” adlı istifadəçi yazıb: “Rəşad bəy, nasılsınız, baküyə gəldiyinizdə mutlaka görüşəlim”.

Biznesmen iyunun 29-da ona yazılan mesajlardan birinə cavab verib. Bu, yerli vaxtla 1. 23-də yazılan cavabdır. Qalan mesajlar isə cavabsız qalıb, belə ehtimal etmək olar ki, Qafarov iyunun 29-da gecə oğurlanıb və meyiti maşınında ertəsi gün tapılıb.



Belə məlum olur ki, biznesmenin qətli barədə onun tanışları və dostları elə həmin gün xəbər tutub. Çünki həmin fotonun altından iki gün sonra, iyunun 30-da biznesmenin dostları onun ölümündən sarsıldıqlarını ifadə edən postlar yazıblar.

“Arzu Bağırova” adlı istifadəçi biznesmenin ölümündən sarsıldığını ifadə edərək yazıb: “Allah rehmet eləsin sizə ((((“

“Meherrem Zumrud Hacıyeva” adlı istifadəçi isə “Reshadım menim...(((( helede özümü cooox pis hiss edirem....((((“ yazaraq biznesmenin ölümündən kədərini ifadə edib.

Lakin Qafarovun Facebook tanışlarından biznesmenin ölümünün təfərrüatları barədə yazanları yoxdur.

Virtualaz.org

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net