Ana səhifə

“Metropark”da polis əməliyyatı: ticarət və əyləncə mərkəzi boşaldıldı

    Tarix: 11-06-2017 20:32   
 “Metropark”da polis əməliyyatı: ticarət və əyləncə mərkəzi boşaldıldı
Metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında yerləşən “Metropark” ticarət və əyləncə mərkəzində iyunun 11-də polis əməliyyat keçirib.

Mərkəzdə olan bütün mağaza və əyləncə məkanları qapadılıb, adamlar çıxarılıb. Bina polislərlə əhatələnib. Əməliyyata görə, mərkəz demək olar ki, gün ərzində bağlı qalıb.

Əməliyyatın keçirilmə səbəblərinə gəlincə, dəqiq məlumat yoxdur. Amma mühafizəçilərdən birinin “Azadliq.info”ya verdiyi məlumata görə, hüquq-mühafizə orqanları “Metropark”da baş vermiş cinayətlə bağlı araşdırma aparır. Amma söhbətin konkret hansı cinayətdən getdiyi bəlli deyil.

Başqa bir məlumatda isə bildirilir ki, hüquq-mühafizə orqanlarına ticarət mərkəzinə bomba qoyulması haqda xəbər daxil olub. Həmin xəbər əsasında da orada axtarış aparılır.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net