Ana səhifə

Azərbaycanı hədələyən terrorçu kimdir? - Yeni məlumatlar

    Tarix: 17-02-2017 16:39   
Azərbaycanı hədələyən terrorçu kimdir? - Yeni məlumatlar

Bir neçə gün əvvəl sosial şəbəkələrdə radikal dini təriqətlərdən birinin üzvü olduğu ehtimal edilən terrorçunun Azərbaycanı hədələməsini əks etdirən video yayılmışdı. Çox keçmədən həmin terrorçunun məhv edilməsi barədə mediada xəbərlər yayılıb və onun meyitinin fotoları ictimailəşdirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanı terror aktları ilə hədələyən həmin şəxs əslən Kürdəmir rayonundan olan, ağır cinayətlər törətdiyinə görə əvvəllər məhkum edilmiş, 24 dekabr 1978-ci il təvəllüdlü İslamov Ramil Akif oğludur. O, təxminən 18 il əvvəl Kürdəmirdə "Qızıl Natiq” adi ilə tanınan biznesmeni qətlə yetirən qrupun üzvü olub və cinayətdən bir neçə ay sonra tutulub. Məhbus həyatı zamanı radikal dini təriqətlərdən birinin təsiri altına düşən Ramil İslamov daha sonra Azərbaycandan çıxıb və terrorçuların nəzarətində olan ərazilərdə yaşayıb.

Digər məlumata görə, Ramil İslamov Kürdəmirdə doğulub böyüsə də, sonradan Bakı şəhərinin Sabunçu rayonuna qeydiyyata düşüb.



Azərbaycanı hədələyən terrorçu kimdir? - Yeni məlumatlar
Azərbaycanı hədələyən terrorçu kimdir? - Yeni məlumatlar

Azərbaycanı hədələyən terrorçu kimdir? - Yeni məlumatlar

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net