Ana səhifə

Bakıda burnunu kəsdirib bəyənməyən qızdan - Şok addım

    Tarix: 16-02-2017 21:30   
Bakıda burnunu kəsdirib bəyənməyən qızdan - Şok addım

Bakıda estetik əməliyyat keçirən gənc qız həyatına son qoymaq istəyib. Anaxeberl.az saytı lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon sakini olan 21 yaşlı Aytən Qulamova (ad-siyad şərtidir) Şıxov çimərliyində dənizə girərək özünü suda boğmağa çalışıb.

Gənc qızın “Eldorado” otelinin yaxınlığında dənizə girdiyini görən şəxslər dərhal polis çağırıblar. Sahilə yığılmış şəxslərin çağırışından sonra A.Qulamova dənizdən çıxıb.

Məlum olub ki, A.Qulamova son vaxtlar burnundan 2 dəfə estetik əməliyyat keçirib. Lakin əməliyyatların nəticəsi onun ürəyincə olmayıb və gənc qız dərin stress keçirib. Hadisə ilə bağlı araşdırma aparılır.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net