Ana səhifə

“14 yaşlı qızımla 3 nəfər davamlı intim əlaqədə olur” - Ana Bakıdakı şok cinayətin üstünü açdı

    Tarix: 15-02-2017 21:15   
“14 yaşlı qızımla 3 nəfər davamlı intim əlaqədə olur” - Ana Bakıdakı şok cinayətin üstünü açdı

Xəzər rayonunda yeniyetmə qız eyni vaxtda üç gənc oğlanla intim əlaqədə olub. Criminal.az saytı xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Xəzər rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, həftənin ikinci günü rayon Polis İdarəsinin 1-ci polis bölməsinə, Qala qəsəbəsinin 39 yaşlı sakini L.B. müraciət edib.

Qadın bildirib ki, 17, 18 və 22 yaşlı 3 cavan oğlan sistemli olaraq onun 14 yaşlı qızı ilə intim əlaqədə olurlar. Zərərçəkmiş tərəfin verdiyi məlumata görə, cinayətkarlar ilk dəfə onun qızı ilə 2016-cı ilin oktyabrında yaxınlıq ediblər. Həmin vaxtdan etibarən onlar davamlı olaraq qızla intim əlaqədə olublar. Gənclər qızı hədələyiblər ki, bu barədə kiməsə danışsa, ona qarşı fiziki zorakılıq tətbiq edəcəklər.

Məlumata görə, ana qızının bakirəliyinin pozulması barədə təsadüfən — qızı telefonla pedofillərdən biri ilə danışarkən xəbər tutub. Cinayətkarlar qızı növbəti görüşə çağırırmışlar. Hər üç şübhəlinin şəxsiyyəti müəyyən edilib. Onların günahları sübuta yetirilməyənə qədər adları açıqlanmayacaq.

İşin materialları araşdırılması üçün Xəzər Rayon Prokurorluğuna göndərilib. Hazırda faktla bağlı heç kəs saxlanılmayıb.

Criminal.az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net