Ana səhifə

Dönərxanada baş verən partlayışın görüntüləri yayıldı - VİDEO

    Tarix: 15-02-2017 16:46   
Dönərxanada baş verən partlayışın görüntüləri yayıldı - VİDEO
Gəncədə dönərxanada partlayış baş verib.

ARB Kəpəz xəbər verir ki, hadisə Nizami prospekti 183 D ünvanında yerləşən dönərxanada qeydə alınıb.

Dönər hazırlamaq üçün istifadə olunan qurğuda qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə obyektin işçisi - 36 yaşlı Azər Qarayev yüngül bədən xəsarətləri alıb, müştərilər isə təxliyə olunub.

Əraziyə Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov       Təsisçi: Əhmədov Şahin
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 (050) 614 94 33       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net