Ana səhifə

Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu - FOTOLAR

    Tarix: 08-06-2018 13:06   



Səfirimizin gözü qarşısında bayrağımız təhqir olundu - FOTOLAR





Azərbaycanın Gürcüstandakı səfirinin gözü qarşısında dövlət bayrağımız tərsinə asılıb.

Anaxeber.az diaspor.az-a istinadən xəbər verir ki, ötən gün Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovla Tbilisi şəhər Bələdiyyəsinin sədri Giorgi Tkemaladze arasında rəsmi görüş keçirilib.Rəsmi görüş zamanı Azərbaycanın dövlət bayrağının tərsinə asılması diqqəti cəlb edib. Belə ki, rəsmilərin ikitərəfli görüşü zamanı masanın üzərinə qoyulan dövlət bayrağında rənglərin yeri səhv düşüb. Ən maraqlısı odur ki, bütün bunlar Azərbaycan səfirinin gözü qarşısında baş verib.

Qeyd edək ki,səfir öz dövlətini xarici ölkədə təmsil edən birinci dərəcəli səlahiyyətli şəxsdir.

Xatırladaq ki, D.Həsənov 2016-cı ilin dekabr ayından Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiridir.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net