Ana səhifə

Paşinyandan riskli addım: o, nəyə güvənir? - Politoloq

    Tarix: 08-06-2018 09:14   

 


   
Hazırda Ermənistanın siyasi mühiti çox həssasdır, dalğalıdır. Təbii ki, Paşinyan hakimiyyətdə nə qədər qalacağını demək mümkün deyil. Amma hazırda Ermənistanda baş verən proseslər dərinləşsə, onun gücü sarsıla bilər.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev deyib. O bildirib ki, Paşinyanın oliqarxları təqib etdirməsi sırf onları öz tərəfinə çəkməklə bağlı deyil:
“Paşinyan eyni zamanda xalqa verdiyi müəyyən vədlərin həyata keçirilməsinə çalışır. O, maksimum dərəcədə bu təqiblərlə həmin oliqarxları tərksilah etmək niyyətindədir. Bunların arasından bəzilərini öz tərəfinə keçirəcək, bəzilərinin fəaliyyətinə göz yumacaq. Amma istisnasız olaraq, Paşinyanın oliqarxların hamısına qarşı çıxması özü üçün riskdir. Çünki bu ona qarşı ayaqlanmanın meydana gəlməsinə səbəb ola bilər. Bu mərhələdə həmin oliqarxlar xaricə qaçıb gedə bilərdi ki, bu zaman da onların öz bizneslərini xaricə köçürmə ehtimalı çox zəifdir. Buna görə də onlar çalışacaq ki, Paşinyanın tərəfinə keçsin. Paşinyanın bunu qəbul edib-etməyəcəyi isə məlum deyil”.
Politoloq vurğulayıb ki, hazırda Paşinyan güclüdür:
“O mənada güclüdür ki, xalq onun arxasındadır. O, xalqın gücünə güvənərək, bu addımları ata bilir. Əgər Paşinyanın həyata keçirdiyi siyasətə qarşı xalqın narazılığı artsa, onun rəqibləri təbii ki, bundan ilk fürsətdə istifadə edəcək. O zaman Paşinyanın dayaqları zəifləyəcək. Amma nə qədər ki, Paşinyan bu populist hava ilə xalqı öz arxasınca aparmağı bacaracaq, o vaxta kimi onun mövqeyi güclü olacaq. Təbii ki, Paşinyan da müəyyən səhvlərə yol verəcək. Çünki indiyə qədər o, vəzifə başında olmadan danışırdı və bu, nisbətən rahat idi. Amma artıq məsuliyyət sahibidir və bu zaman hətta o, verdiyi vədlərin bəlkə də müəyyən hissəsinin əksi istiqamətində hərəkət etməyə məcbur qalacaq. Onun rəqibləri isə buna göz yummayacaq”.
Politoloqun sözlərinə görə, nəzəri olaraq, Respublika Partiyası hər zaman iqtidara qayıda bilər:
“Belə bir nöqtədən çıxış eləmək mümkündür ki, Paşinyan avrointeqrasiya yolunda öz səylərini davam etdirsə və bunda israrlı olsa, bu zaman Rusiyanın müxalifəti ilə qarşılaşacaq. Rusiya bu zaman Ermənistanda daxili sabitliyi pozmaq üçün əlindən gələni edəcək. Bu məqamda Respublikaçıların təkrar iqtidara qayıtma ehtimalı var”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net