Ana səhifə

Tramp ABŞ-ı İranla bağlanmış nüvə sazişinindən geri çəkdi - bölgəmiz münaqişə zonasına çevriləcək

    Tarix: 09-05-2018 00:35   


ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını bəyan edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Donald Tramp Tehranı uranı zənginləşdirməkdə və sazişin müddəalarına zidd olaraq, qadağan olunmuş silahlar hazırlamaqda ittiham edib.

“Əslində, saziş İrana uranı zənginləşdirməyə və yekunda nüvə sıçrayışına nail olmağa imkan yaradıb”, - deyə D.Tramp Ağ Evdə çıxışı zamanı bildirib.

“İndi bizdə əsaslı təsdiq var ki, İranın bu vədi yalan imiş”, - deyə D.Tramp qeyd edib.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

***

Musavat.com bildirir ki, Tramp bu qərarı ilə qonşuluğumizda yerləşən İrana qarşı beynəlxalq sanksiyaların yenidən və daha gücləndirilmiş şəkildə tətbiqinə yaşıl işıq yandırmış oldu. Onun özü açıqlamasında bunları açıq şəkildə bəyan edib. Amerika və İran arasında münasibətlərin savaş həddinəcən yenidən gərginləşməsi artıq qaçılmazdır.

 

Bu da istər - istəməz, İranla eyni geopolitik zonada yerləşən Azərbaycana da müəyyən təsirlərini göstərəcək. İranı beynəlxalq terroru dəstəkləməkdə suçlayan ABŞ bununla da qonşu ölkəni bir başa və əsas hədəf göstərmiş oldu. Bu və daha ciddi digər iddiaların - nüvə silahı istehsalına yaxınlaşması -  arxasınca İrana qarşı hərbi müdaxilələrə qədər gedib çıxa biləcək planların ortaya qoyulacağı da istisna edilmir. Bütün bunlar da onu göstərir ki, artıq sabahdan etibarən regionda yeni bir siyasi dönəm başlayır.

шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net