Ana səhifə

Suriya əməliyyatının TƏFƏRRÜATLARI - ABŞ açıqladı

    Tarix: 14-04-2018 20:24   
 

Pentaqonda təşkil olunan brifinqdə aprelin 14-də səhərə yaxın Suriyada həyata keçirilən hərbi əməliyyat haqqında ətraflı məlumat verilib.
ABŞ Birləşmiş Qərargahlar Komitəsinin rəsmi nümayəndəsi, general Kennet Makkenzi ABŞ, Britaniya və Faransa tərəfindən Suriyadakı hədəflərə 105 raket buraxıldığını deyib: “Zərbə dəqiq müəyyən olunmuş 3 hədəfə endirilib”.
K. Makkenzi Dəməşq ətrafındakı tədqiqat mərkəzinə 76 raket, o cümlədən 57 “Tomahawk” buraxıldığını söyləyib. Onun fikrincə, bu zərbələr Suriya kimyəvi silah proqramını illərlə geri salacaq: “Biz Dəməşqdə, dünyanın ən yaxşı müdafiə olunan hava məkanlarından biri olan yerdə, 3 binanı uğurla məhv etdik”.
İkinci hədəf Homs əyalətinin qərbində yerləşən kimyəvi silah anbarı olub. Bura 22 raket atılıb. Bu hədəf bütün koalisiya qüvvələrini hücumuna məruz qalıb.
Üçüncü hədəf bunker olub və ora 7 raket atılıb. “Bu, uğrulu missiya idi”, - deyə general Makkenzi söyləyib. O, ABŞ-ın zərbələri Aralıq və Qırmızı dənizdəki gəmilər, o cümlədən sualtı qayıq, eləcə də B-1 strateji bombardmançıları vasitəsilə həyata keçirdiyini deyib. B-1 təyyarələri 19 raket buraxıb. K. Makkenzi Britaniya ordusunun “Tornado” və “Tayfun” təyyarələri ilə 8 raket zərbəsi endirdiyini, Fransanın isə “Miraj” təyyarələri ilə 9 raket buraxdığını açıqlayıb: “Bir neçə istiqamətdən endirilən zərbələr nəticəsində Suriya havahücumundan müdafiə sistemlərini aşmaq mümkün oldu”.
K. Makkenzi radioelektron mübarizə vasitələrindən də istifadə etdiklərini və Suriya HHM sistemlərinin fəaliyyətinin qeyri-effektiv olduğunu diqqətə çatdırıb: “Bizim heç bir təyyarəmiz Suriya HHM sistemlərinin effektiv müqaviməti ilə rastlaşmayıb. Əminik ki, raketlər hədəfə çatıb. Hədəfləri elə seçdik ki, dinc əhaliyə təhlükə minimuma ensin. Bütün təyyarələrimiz əməliyyatdan sonra bazaya qayıdıb”.
Amerikalı zabit Suriyada insidentlərin qarşısının alınması üzrə Rusiya ilə mövcud olan rabitə xəttindən əməliyyatdan öncə və sonra istifadə olunduğunu da vurğulayıb. (APA)шаблоны для dle 11.2

Ən çox oxunanlar
Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net