Ana səhifə

ABŞ Suriyanı vurdu: nəticələri... - Video

    Tarix: 14-04-2018 11:57   


 


ABŞ Prezidenti Donald Trampın əmri əsasında ABŞ, Fransa və İngiltərə aviasiyası Suriyada Bəşər Əsəd rejiminə məxsus hərbi obyektlərə zərbə endirib.
Axar.az xəbər verir ki, hücum zamanı Dəməşq, Xama, Xüms, Dera və Seveyda şəhərlərində yerləşən hədəflər bombalanıb.
Məlumata görə, paytaxt Dəməşq şəhərində də bir çox mövqe zərbəyə tuş gəlib. Mezze hava limanı, 41-ci briqadanın araşdırma mərkəzi vurulan obyektlər arasında göstərilib.
Hücum zamanı ABŞ-ın “Tomahavk” tipli raketlərdən istifadə etdiyi bildirilib. Suriya Hava Hücumundan Müdafiə dəstələri qarşılıq verib.
Dəməşqdə bir sıra yerli mənbələr paytaxtdakı elmi-araşdırma mərkəzinin də vurulduğunu qeyd edib. Suriya tərəfinin açıqlamasına görə, Kisva bölgəsində müttəfiqlərin atdığı 13 raket zərərsizləşdirilib.
***
“Foks Nyus”un məlumatına görə, Suriya hərbi təyyarələrinin müəyyən hissəsi Hmeymim bazasındadır. Təyyarələrin zərbələrdən qorumaq üçün rus bazasına yerləşdirildiyi bildirilib.
Fransa Prezidenti Makron zərbənin Suriya hakimiyyətinin kimyəvi silah istehsalına imkan verən obyektlərinə endirilir.
***
ABŞ Müdafiə naziri Ceyms Mettis Suriyaya zərbənin ardıcıl olmayacağını bildirib. Onun sözlərinə görə, zərbə bir dəfə üçün endirildi, ancaq növbəti zərbə də istisna edilmir.
“Növbəti zərbə Suriya hakimiyyətinin kimyəvi silahdan istifadəsindən asılıdır”, - Mettis bildirib.
***
Suriya paytaxtında hökumət məhəlləsi və prezident sarayı zərbələrə tuş gəlməyib.
***
ABŞ Baş Qərargah rəisi general Cozef Danford deyib ki, ABŞ və müttəfiqləri Suriyaya zərbə endirməyi dayandırıb.
Danford Suriya istiqamətində hələlik yeni planlarının olmadığını da açıqlayıb.
***
“RİA Novosti” Yelisey sarayındakı mənbəyə istinadla, Rusiyanın hücumdan öncə məlumatlandırılmadığını yazıb.
Qeyd edək ki, Fransa Müdafiə naziri Florans Parli Rusiyanın hücumdan öncə məlumatlandırıldığı barədə rəsmi açıqlama vermişdi.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net