Ana səhifə

Rusun “axmaq” mesajı - Bakı seçkiqabağı ABŞ-la savaşa çəkilir - Gərginlik

    Tarix: 15-01-2018 11:13   
 Rusun “axmaq” mesajı -  Bakı seçkiqabağı ABŞ-la savaşa çəkilir - Gərginlik



Azərbaycan seçkiqabağı supergüclərin “soyuq müharibə” arsenalına çevrilir.
Rusiyanın ABŞ-ın ölkəmizi terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə sərt münasibəti Bakını siyasi çəkişmələrin poliqonu etməkdədir.
SİAM.AZ-ın xəbərinə görə, iki nəhəng və imperialist dövlətlərin Azərbaycanı öz yanına çəkmək cəhdləri və təzyiq burulğanında edilən spekulyasiyalar sırf strateji mahiyyət daşıyır.
Yəni, belə demək mümkünsə, rəsmi Bakı seçki ilində strateji seçmini etmək məcburiyyəti ilə qarşılaşa bilər. Hərgah, Azərbaycana qarşı qəti tələb qoyulmayıb.
Sadəcə, seçki ərəfəsində təzyiq rıçaqlarından ən əsası strateji istiqamətdir. Azərbaycan isə Avrasiya İttifaqı ilə Avropa İttifaqı dilemmasında imitasiya siyasəti yürütməkdədir.
Bakı yaxşı bilir ki, strateji seçmini açıq şəkildə bəyan etməklə əks tərəfi qəzəbləndirə bilər. Ancaq deyəsən, halqa daralır və Azərbaycana qarşı ciddi təzyiqlər başlanıb.
Rusiya XİN rəsmisi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə dəfələrlə Bakıda olduğunu, ölkəmizdə özünü rahat hiss etdiyini deyib.
"Bilirsiniz niyə? Çünki Azərbaycanda həm idman, həm də mədəniyyət sahələrində bir sıra beynəlxalq tədbirləri uğurla həyata keçirir.
Mən dəfələrlə Bakıda olmuşam və deyə bilərəm ki, özümü orada çox rahat hiss etmişəm. Bu məlumatları hazırlayanlar sadəcə Bakıda, Azərbaycanda olmayıblar.
Azərbaycana turistlərin gəlməməsini məsləhət görmək sadəcə axmaqlıqdır. Bunu yalnız Azərbaycanı, onun mədəniyyəti, siyasi vəziyyəti, bu ölkənin xəritədə harada olduğunu göstərə bilməyənlər yazıblar”, - deyə Mariya Zaxarova bildirib.
Əlbəttə, Moskva kifayət qədər sərt reaksiya verib. Zaxarova Rusiyanın ABŞ-a axmaq adlandırdığını söyləyib və savadsızlıqda ittiham edib.
Azərbaycan XİN-nin ABŞ-ın qərarına göstərdiyi münasibətlə Rusiya XİN-nin verdiyi reaksiya arasında ciddi fərq var.
Bakı Vaşinqtonun qərarını diplomatik dildə şərh edib və təəssüfləndiyini açıqlayıb. Kreml isə “Ağ ev”in hərəkətini axmaqlıq kimi qiymətləndirib.
SİAM.AZ-ın məlumatına görə, iki ölkənin didişmə meydanının bu dəfə Azərbaycan olması ürəkaçan hadisə deyil.
Azərbaycan hökuməti Rusiya və ABŞ-ı eyni tərəziyə qoymasa da, hər iki dövlətlə münasibətlərin kəskinləşməsindən yan qaçır.
Amma Rusiya XİN-nin verdiyi sərt etiraz məhz Bakını ABŞ-la açıq mübarizəyə təhrik cəhdidir.
Moskva Vaşinqtonla “soyuq müharibə”də Azərbaycan hakimiyyətini yanında görmək istəyir.
Bu isə arzuolunan hal deyil. Seçki ilindəAzərbaycanın anti-Qərb ritorikasını gücləndirməsi sözün həqiqi mənasında axmaqlıq olar.
Rəsmi Bakı Ukrayna, Gürcüstan dərslərindən ciddi nümunələr götürməyi bacarıb. Hakimiyyətin belə sadəlövh və səriştəsiz addım atacağı inandırıcı deyil.
Hər nə qədər Moskva Bakını Vaşinqtona qarşı bir cəbhədə olmağa çəkməyə can atsa da, hökumət seçki ilində belə yanlışlığa getməyəcək.
Hakimiyyət düşərgəsində Qərbpərəstlər yaxşı bilirlər ki, ABŞ-ın ölkəmizi terror riski olan ölkələr kateqoriyasına daxil etməsi seçkiöncəsi təzyiqin ilk qaranquşudur və ardı gələcəyi istisna deyil.
Lakin bir tərəfdən də Rusiya XİN-nin çörəyinin üstünə yağ çəkməyə hazır olan ruspərəstlər var.
Onlar hakimiyyət içində kök atıblar və “5-ci kolon”a aiddirlər. Zaman-zaman hökumət daxilində ruspərəstlərin çıxışlarına rast gəlmişik.
Bu qüvvələr deputatların dili ilə Rusiyaya yarınmağa, Avropa ilə münasibətləri korlamağa cəhd göstəriblər. Odur ki. bu fürsətdən iatifadə etməyə çalışacaqlar.
Onu da demək yerinə düşər ki, son illərdə Azərbaycanda terror hadisəsi də olmayıb. 2009-cu ildə ADNA-ya silahlı basqın edərək 13 nəfəri öldürən Fərda Qədirovun cinayətini istisna etsək, Paris, Brüssel, İstanbul, London, ABŞ-ın müxtəlif şəhərlərində terrorlar olmasına baxmayaraq, Bakı terrorçuların istəklərini icra etməyə imkan verməyib.
Belə görünür ki, ABŞ Azərbaycanı riskli ölkələr siyahısına əlavə etməklə İran amilinə də diqqət çəkməyə çalışıb.
Analitiklərin fikrincə, Amerika İran projesini işə salıb və Azərbaycanın qapısında kataklizmlərə işarə vurub.
Rusiyalı ekspert Aleksandr Fomenkov “CA-IrNews”a açıqlamasında bildirib ki, ABŞ İrandakı iğtişaşlardan sonra Rusiya və Azərbaycanda iğtişaşlar törədəcək.
Fomenkov fikrini belə əsaslandırıb ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Qərbi çox mühüm kapitallardan məhrum edə bilər. ABŞ buna yol verməmək üçün İranda kütləvi iğtişaşlar törətməyə cəhd edib.
Fomenkov hesab edir ki, Qərbin pul kisələrinin niyyətinin ciddiliyini özündə ilk hiss edən İran oldu. Növbə Rusiya və Azərbaycanındır.
yenə şəkil

Siam.az
Şamxal

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net