Ana səhifə

Niyə Azərbaycan deputatı ona səs verən və həyatın dibində yaşayan Azərbaycan vətəndaşından 23 dəfə çox maaş almalıdır?

    Tarix: 30-12-2017 20:36   
Niyə Azərbaycan deputatı ona səs verən və həyatın dibində yaşayan Azərbaycan vətəndaşından 23 dəfə çox maaş almalıdır?





Niderland deputatıyla müqayisədə Azərbaycan deputatı sıravi həmvətənlərindən 18 dəfə çox qazanır

Niderlandda parlament üzvü ayda 7.705 avro əmək haqqı alır. Ölkədə minimum əmək haqqı 1.565 avro, orta aylıq əmək haqqı isə 2.855 avrodur (bütün rəqəmlər brutto məbləğidir).

Qısa təhlil belə deyir ki, Niderland deputatı minimum əmək haqqının 4,9 mislini, orta aylıq əmək haqqının isə 2,6 mislini alır.

Bu nisbətdə Azərbaycan reallığını gözdən keçirdək.

Azərbaycanda minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi bildirilir. Bunun da 4.9 misli 637 manat edir. Deputatlarımız isə yayılan xəbərlərə görə 2018-ci il yanvarın 1-dən 3000 manat əmək haqqı alacaqlar.

Deməli, Azərbaycan deputatının əmək haqqısı Niderlanddakı analoji situasiyadan fərqli olaraq minimum əmək haqqından 4,9 dəfə deyil, 23 dəfə çoxdur (3000 / 130 = 23, 08). Buradan belə nəticə çıxır ki, Niderland deputatıyla müqayisədə Azərbaycan deputatı sıravi həmvətənlərindən 18 dəfə çox (23 – 4,9 = 18,1) qazanır.

Bu nə üçün belə olmalıdır? Niyə Azərbaycan deputatı ona səs verən və həyatın dibində yaşayan Azərbaycan vətəndaşından Niderlanddakı kimi 4,9 dəfə deyil, 23 dəfə çox maaş almalıdır?шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net