Ana səhifə

Nazirə fakt -Belə xəstəxanadan Suriyanın Hələb, İraqın Tusxurmatı şəhərlərində də yoxdur - - Video

    Tarix: 29-12-2017 09:06   
Nazirə fakt -Belə xəstəxanadan Suriyanın Hələb, İraqın Tusxurmatı şəhərlərində də yoxdur - - Video

Lentə alınan görüntülər insanı dəhşətə gətirməyə bilməz.
İŞİD bombalarının altında qalan əyalətlərdə də siz belə səhiyyə ocağı tapmazsınız. Bunu biz yox, video kadrlar deyir.
Həyətində baş həkimin bahalı avtomobili dayanan Kürdlər kənd xəstəxanası xarabalığa oxşayır.
Görəsən, uçulub-dağılmış, tualet qapısı qıfıllanmış tibb ocağının baş həkimi bəs hansı fəaliyyətinə görə xarici maşına sahiblənib?!
Reportyor.org-un əməkdaşının çəkdiyi kadrlardan görünür ki, acından ölən Somalidə də bu kökdə xəstəxana tapmaq mümkün deyil.
Kürdlər kənd sakinlərinin sözlərinə görə, xəstəxananın tibbi personalını vaxtı-vaxtında iş yerində tapmaq olmur:
“Ki, heç olmasa kənddə kiminsə qəflətən halı pisləşəndə Ağcabədinin mərkəzinə çatdırana qədər təcili yardım göstərilsin, iynə vurulsun, təzyiqi ölçülsün, dərman verilsin.

Ancaq baş həkimin lüks maşını xaraba günə düşən xəstəxananın həyətində salxanır və camaata göz dağı verirlər. O maşının puluna xəstəxananı təmir etmək olardı. Ancaq əsas baş həkimin rahatlığıdır”.

Görüntülərdə də aydın olur ki, xəstəxana binası istifadəyə yararsızdır, qəzalı vəziyyətdədir.
Qapılar qıfıllanıb, palataların nömrələri yazılsa da, bura sağlam gələn xəstə çıxar, xəstə gələn meyiti çıxar.
Baş həkim tualetin qapısına qıfıl vurub, qapı-pəncərələr adamın üstünə gəlir, tavan və döşəmə dağılır, həyətdə isə mal-qara ərazini örüş yeri kimi istifadə edir.
Sən demə, xəstəxananın tualetinin qapısını kilidləyən baş həkim ayaqyolundan yalnız özü istifadə edirmiş. Bunu Kürdlər kənd sakinləri bildiriblər.
Onların dediyinə görə, həyətdəki avtomobil də onundur, otlayan inəklər də...Yəni, baş həkim fermerə çevrilib.
Nəticədə xəstəxananın fermer-baş həkimi yaxşıca varlanıb və özünə bahalı maşın alıb. Kənd sakinləri isə deyirlər ki, Səhiyyə Nazirliyi tərəfindən təcili tədbir görülməsinə ehtiyac var.

Anaxeber.az-ın verdiyi məlumata görə, Ağcabədi rayonunda fəaliyyət göstərən xəstəxanalar əvvəllər baş həkim Novruz Abbasovun gəlir yerinə çevrilmişdi.
Sonra rayonun baş həkimi vəzifəsinə gələn Azad Hüseynovun fəaliyyəti dövründə bütün həkimləri özünün pul gətirəni, digər tibb işçilərini isə gəlirlərini artırmaq üçün əlavə vasitə olaraq görməyə başladı.
Baş həkim bütün həkimlərə aylıq haqq qoyub. Bundan başqa, tibb işçilərinin də maaşlarından kəsərək, özünün imkanlarını artırmaqla məşğuldur.
Rayondan gələn xəbərlərdə deyilir ki, tibb bacıları bəzən aylarla əmək haqlarını tam məbləğdə ala bilmirlər.
Müxtəlif bəhanələrlə onların maaşlarının bir qismini götürən A.Hüseynovbununla onların haqlarını tapdayır.
Ağcabədidə dərman biznes idə baş həkimin əlindədir. Dövlət büdcəsindən ayrılan vəsait hesabına hər il alınmalı olan dərmanların böyük qismi rayonun apteklərində peyda olur.

Xəstəxanaya baş vuran xəstələrə isə özləriylə sarğıdan tutmuş, yoda qədər almalarını istəyirlər. Yəni, bu vasitələrin heç biri Ağcabədi xəstəxanalarında yoxdur.
Baş həkimin əsas gəlir yerli kəndlərdə fəaliyyət göstərən tibb məntəqələridir. Belə ki, baş həkim tibb məntəqələrinə ayrılmış pulları asanlıqla mənimsəyir.
Daha doğrusu, ayrılmış pulları Tibb Məntəqələrin rəhbərləriylə anlaşaraq, özünə götürür. Yalnız cüzi miqdarını onlara verməklə kifayətlənir.
Ağcabədidə xəstəxanaların təmiri üçün ayrılmış pulların da baş həkim tərəfindən mənimsənildiyi vurğulanır.
Baş həkimm tibb məntəqələri də daxil olmaqla, bəzi xəstəxana və poliklinikaların təmiri adı altında ayrılmış pulların hamısını özünə götürərək, bu işlərin hamısını həkimlərə yükləyir.

Mətbuatda gedən yazılara görə, baş həkim qaynatası Yaqub Alıyevlə birgə həyata keçirdiyi maliyyə əməliyyatları olub. Belə ki, baş həkimin qaynatası uzun müddət rayon Maliyyə İdarəsində baş məsləhətçi işləyib.
İddialara görə, dövlət büdcəsindən Ağcabədi rayon Mərkəzi Xəstəxanasına müxtəlif adlarla ayrılan vəsait baş həkimin qaynatası Yaqub Alıyevin nəzarətində olan MMC-lər vasitəsilə “obnaliçka” olunub.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net