Ana səhifə

Ölkədə 1.5 milyon işləyən vətəndaş yoxsulluqdan aşağı həddədir

    Tarix: 04-12-2017 20:15   
Ölkədə 1.5 milyon işləyən vətəndaş yoxsulluqdan aşağı həddədir
Hətta rəsmi statistika əsasında səthi hesablamalar belə Azərbaycanda yoxsulların sayının artmasını göstərir.

“Əhalinin gündəlik rasionuna daxil olan 25 növ məhsuldan ibarət istehlak səbəti (un və un məhsulları, kərə yağı və bitki yağı, qoyun, mal və toyuq əti, çay, duz, meyvə, tərəvəz, və s.) 2014-cü ilin dekabrında 95 manat olub. Eyni zamanda, bu ilin oktyabr ayında azərbaycanlıların istehlak səbəti 143 manatadək artıb. Beləliklə, rəsmi məlumatlar göstərir ki, Azərbaycanda minimum istehlak səbəti manatın məzənnəsinin kəskin düşməsi və sürünən devalvasiya nəticəsində son üç il ərzində 50% artıb, – deyə iqtisadçı Rövşən Ağayev Turan-a bildirib.

İndi gəlirləri hesablayaq. Rəsmi rəqəmlərə əsasən, bu müddətdə minimum əmək haqqı (105-dən 116 AZN-a) yalnız 10%, orta nominal əmək haqqı 18% (445-dən 525-dək), minimum pensiya (100 110 manat) 10% artıb. Orta pensiya həcmində 15% artım olub (170 manatdan 195 AZN-dək). “Bu üç ilin yekununda ölkədə inflyasiya proseslərinin nəticəsi kimi ərzaq 50% bahalaşıb. Lakin nominal gəlirlərdə artım 20%-dən az olub. Yəni qiymətlər təxminən 2,5 dəfə artıb”, – deyə Ağayev bildirib.

Bu məlumatlara əsaslansaq, ölkədə yoxsulluğun kəskin artması qaçılmazdır, deyə ekspert hesab edir. Ancaq uzun illərdir rəsmi yoxsulluq səviyyəsi üzrə açıqlanan rəqəm 5% olaraq qalır. Müqayisə üçün, Rusiyada oxşar inflyasiya tempi müşahidə edilib. Orda hökumət rəsmi olaraq yoxsulluq səviyyəsinin 12%-dən 20%-ə qədər artdığını açıqlayıb. Daha əvvəl qeyd olunduğu kimi, hesablamalar Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanır. “Alternativ mənbələrdən istifadə etsək, hansı nəticələr əldə edəcəyimizi düşünün”, – deyə iqtisadçı qeyd edib.

Azərbaycanda yoxsulluq meyarının müəyyənləşdirilməsi üçün “istehlak səbəti” metodundan istifadə edilir. Qiymətlərin səviyyəsini və dinamikasını nəzərə alaraq, yaşayış minimumu müəyyən edilir.

“Statistik hesablamalarımız köhnəlmiş meyarlara əsaslanır. Uzun müddətdir ki, dünyanın bir çox ölkələrində istehlak səbətinə internet, kitab, əyləncə xərcləri daxil edilib. Bizim istehlak səbətində bu cür şeylər yoxdur. Bundan əlavə, yoxsulluq səviyyəsinin müəyyənləşdirilməsi üçün meyarlar və yanaşmalar dəyişir. Belə ki, Avropa İttifaqının ən yoxsul ölkəsində – Bolqarıstanda bir nəfərin minimal gəlirləri 200 avro və ya 400 manatdır”.

Əgər Birləşmiş Millətlər Təşkilatının hesablama meyarlarını Azərbaycana tətbiq etsəniz, 1 milyon 300 min pensiyaçının 900 minə yaxın hissəsi avtomatik olaraq yoxsul sayılacaq. Məsələ burasındadır ki, 900 min pensiyaçıya minimum pensiya verilir. Bununla yanaşı, 918,000 büdcə işçisindən təxminən 600 min nəfər 200-250 manat alır. Yəni təxminən 1,5 milyona yaxın işləyən vətəndaş yoxsulluq həddinin altındadır. Bu isə hökumətin bəyan etdiyindən üç dəfə çoxdur. Yoxsulluğun hesablanması üçün meyarların yenidən nəzərdən keçirilməsi vaxtı çatıb. Ancaq bu gün hökumət bu addımı atmayacaq. Çünki pensiya və maaşları artırmaq lazım gəlir. Bu isə büdcə üçün ölümcüldür.”, – deyə Cəfərli açıqlayıb.

Onun sözlərinə görə, manatın qiymətinin düşməsindən əvvəl Azərbaycan əhalinin gəlir səviyyəsinə görə MDB ölkələrində ilk beşlikdə idi. Milli valyutanın devalvasiyası ölkəni bu reytinqin lap sonuna atdı. Bu gün hətta qonşu Gürcüstandaha yüksək əmək haqqı ilə öyünə bilər.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net