Ana səhifə

Vitse-prezidentlər niyə təyin olunmur? - seçki təhlükəsinin sensasion gizlinləri-ÖZƏL

    Tarix: 13-11-2017 09:42   
 Vitse-prezidentlər niyə təyin olunmur? - seçki təhlükəsinin sensasion gizlinləri-ÖZƏL

Azərbaycanda vitse-prezidentlərin təyinatı 2018-ci ilin seçkilərinin nəticələri açıqlandıqdan sonra müəyyən olacaq.
Bu barədə iqtidardakı mötəbər şəxsdən

Siam.Az-a daxil olan məlumata görə, dövlət başçısı I vitse-prezidenti təyin etdikdən sonra yeni qərarlara tələsmir.
Seçkilərin nəticələri hakimiyyətdə hansı siyasi qanadın daha avanqard olacağını aydınlaşdıracaq.
Ölkə başçısı da məhz siyasi qrupların gücünə adekvat olaraq vitse-prezidentlərin kimliyini müəyyən edəcək. Hakimiyyət kluarlarında müxtəlif ambisiyalı cinahlar mövcuddur.
Onlar seçkidən sonra iqtidarda möhkəmlənməyi hədəfləyiblər. Belədə ən vacib amil vitse-prezident postlarından birinə sahiblənməkdir.
Mənbə qeyd edir ki, Prezident Administrasiyası dəhlizlərində gedən müzakirələrdə vitse-prezidentlərin kimliyi barədə səhih və aydın təsəvvürlər yoxdur.
Çünki siyasi klanların çəkişmələri davam edir və seçki mübarizənin kulminasiya nöqtəsi kimi qiymətləndirilir.
Analitiklər də bu fikri təsdiqləyirlər ki, gələn il iqtidar-iqtidar qarşıdurması kimi yadda qalacaq.
*
Azərbaycan hakimiyyətində I vitse-prezident postuna Mehriban Əliyevadan layiq ikinci dövlət xadimi yox idi.
Bu təyinat yerində və düzgün qərar idi. Cəmiyyətdən gələn sosial sifariş də M.Əliyevanı dəstəkləyirdi.
Eyni sözləri hələlik digər dövlət məmurları barəsində birmənalı olaraq söyləmirlər. Vitse-prezidentlik postlarına müxtəlif adlar çəkilsə də, konkretlilik yoxdur.
Reallıq ondan ibarətdir ki, ölkə başçısı komandasındakı köhnə kadrları daha da yuxarılara çəkmir. Əksinə, onların fəaliyyətini məhdudlaşdırır, səlahiyyətlərini azaldır.
Son illərdə nə Ramiz Mehdiyev, Kəmaləddin Heydərov, Fazil Məmmədov, nə Kərəm Həsənov, Samir Şərifov, nə də Elman Rüstəmovun səlahiyyətləri artırılır.
Tam tərsinə, onlara alternativ olaraq Natiq Əmirov, Rüfət Aslanlı və s. yeni islahatçı kimi təqdim olunan məmurlar meydana çıxır.
Bu da özlüyündə prezidentin gələn ilki gərgin seçkilərdən sonra ənənəvi qvardiyadakı məmurlara yeni institutda vəzifə verəcəyi gözlənilmir.
*
O zaman yeni suallar yaranır: vitse-prezidentlər kimlər ola bilər və seçkidən qabaq təyinatlar olarsa, nələri dəyişər?
İlk növbədə, hakimiyyət içindəki proseslərin gedişatına nəzər yetirmək lazımdır: qütbləşmə, merkantil toqquşmalar, iqtidarda daha güclü qanad olmaq ambisiyaları...
İkinci tərəfdən, hansı qruplaşma prezidentə seçkilərdən sonra fayda verə bilər və vidalaşmaq istədiyi klanı necə sakitcə yola salmaq lazımdır?!
Ona görə də seçkidən əvvəl vitse-prezidentlər təyin olunarsa, ciddi qarşıdurma, siyasi şantaj, daxili çəkişmələrin dərinləşməsi prosesi sürətlənə bilər.
Nəticə etibarı ilə ölkə seçkiqabağı siyasi böhranla üz-üzə qalmaq təhlükəsi yaşayacaq ki, dünya praktikasında belə hallar var. Siyasi hakimiyyətə isə tam səssiz-səmirsiz, sakit seçkilər keçirilməsi lazımdır.
Bir yandan vitse-prezidentlərin təyinatından narazı qalan qüvvələrin maliyyə resursları, beynəlxalq əlaqələri, bəzi müxalif qruplara əlinin çatması təhlükəsi var.
Həmin məmur korpusu öz düşərgəsindən vitse-prezident görməyincə seçkiqabağı provokasiyalara cəhd edə bilər.
*
Hətta onların prezidentə arxa çevirməsi və xarici dövlətlərə xidməti də mümkündür.
Dəfələrlə hökumətyönlü deputatlar bu faktoru dilə gətiriblər. Xüsusən nəzərə almaq lazımdır ki, Azərbaycanda ruspərəst “5-ci kolon” fəaldır.
Qərbpərəst qüvvələrin də iqtidar içində olduğunu əlavə etsək, vəziyyətin mürəkkəbliyi aydınlaşır.
Çünki bu məmurlar seçkiqabağı ölkədə çaxnaşma yaratmaq üçün müxtəlif təxribat xarakterli qızışdırıcı addımlara gedə bilər.
Beləliklə, hadisələrin inkişafı və qanunauyğunsuzluğu diktə edir ki, seçkidən əvvəl vitse-prezidentlər təyin olunmasın.
Bu təhlükənin reallığını soyuqbaşla dərk edən iqtidarın təcrübəli yetkililəri növbəti dönəm üçün yetərincə həssas siyasi texnologiya hazırlayıblar.
Hətta ictimai rəydə də vitse-prezidentlik haqda aktual fikirlər yoxdur və medianın gündəmindən çıxıb.
Hərçənd ki, PA rəsmiləri vitse-prezidentlik institutunun təsisatını islahatlar üçün bir tətik olduğu fikrindədirlər və Nazirlər Kabinetinin reformaların lokomotivi olmadığını açıq şəkildə bəyan ediblər.

Siam.az
Şamxal

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net