Ana səhifə

Rus tətiyində erməni barmağı – Bakıya qarşı yeni hədə

    Tarix: 04-11-2017 09:25   
 Rus tətiyində erməni barmağı – Bakıya qarşı yeni hədə
Ermənistandan BTQ təhdidi: İrəvan panikada ; Düşmən blokadadan çıxış yolu əvəzinə, qisas yolu axtarır; izolyasiyası güclənən işğalçı ölkənin rəsmilərinin absurd bəyanatlarının arxasında daha nələr var?..

Bu günlər işğalçı Ermənistan üçün bir-birinin ardınca bəd xəbərlər gəlməkdədir. Azərbaycan, Türkiyə və Gürcüstan rəhbərlərinin Bakıdakı zirvə görüşü və bu görüş çərçivəsində Ermənistanın nəqliyyat blokadasını gücləndirəcək Bakı-Tiflis-Qars (BTQ) dəmiryolunun açılışı oldu. Ardınca isə Rusiya, İran və Azərbaycan prezidentlərin Tehran sammiti və təcavüzkar ölkənin təcridini bir az da ağırlaşdıracaq “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı üçlü formatda aparılan uğurlu müzakirələr, nəhayət, ermənilərin sevinib dəstək verdikləri Kataloniya məsələsində separatçıların total uğursuzluğu, 8 nəfərin həbsi ilə Avropada separatçı hərəkata vurulan zərbə və ölkələrin ərazi bütövlüyünə dəstək faktı bu qəbildəndir.

Öz işğalçılıq siyasətini getdikcə daha acı nəticələrini görən düşmən ölkə əslində heç vaxt olmadığı qədər çıxılmaz durumdadır. Hərçənd, Ermənistanın rəsmi şəxsləri bunu etiraf eləməyə özlərində cəsarət tapa bilmirlər. Buna cəhd də göstərmirlər. Çünki o halda bədbəxt erməni xalqı onlardan soruşa bilər ki, bəs, 30 illik “miatsum” hərəkatı, Qarabağla bağlı verdiyiniz vədlər necə oldu, əgər sonucda aqibətimiz izolyasiya, kütləvi köç, davam edən gənc əsgər ölümləri olacaqdısa?

*****

Image result for prezidentlərin tehran zirvəsi

Xüsusən də “Dəmir İpək Yolu” adlanan BTQ xəttinin işə salınması, belə görünür, təcavüzkar ölkənin rəhbərliyini bərk məyus edib. Yoxsa ki, erməni rəsmilərinin dilindən, həm də tipik erməni həyasızlığı ilə ən absurd açıqlamalar səslənməzdi.

Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov BTQ ilə bağlı yaşanan pərtliyi gizlətmək üçün bildirib ki, “əgər Azərbaycan Ermənistanın Bakı-Tiflis-Qars dəmiryoluna qoşulmasını istəyirsə, o zaman Qarabağın ”müstəqilliyini" (dırnaq bizimdir - red.) tanımalıdır".

Image result for Elmar Məmmədyarov

Beləcə, xarici İşlər naziri Elmar Məmmədyarovun Ermənistanın BTQ-yə yalnız Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra qoşula biləcəyi ilə bağlı açıqlamasına cavab verən Şarmanazov erməni xislətini bir daha ortaya qoyub (Axar.az).

Günlərdir BTQ-ni müzakirə edən və bu beynəlxalq layihədən kənarda qalmağın İrəvan üçün böyük fəlakətlər vəd etdiyini bildirən erməni politoloqlarının, o cümlədən baş nazir K.Karapetyanın BTQ-dən erməni biznesmenlərin də istifadə edə biləcəyi haqda “təsəlliverici” açıqlamasına rəğmən, Şarmazanov üstəlik, ərazisi işğal altında olan Azərbaycana qarşı növbəti torpaq iddiası səsləndirib. O, Azərbaycandan Göygöl rayonunun Qarabulaq və Çaykənd kəndlərini, həmçinin, Goranboyun Aşağı Ağcakənd qəsəbəsini geri “istəyib”: “Ermənistan Azərbaycanın regional layihələrinə qoşulmağı arzu etmir. Bizim arzumuz regionda sülh və stabillikdir”.

Image result for Şarmanazov

*****

Bu yerdə “Pişiyin ağzı ətə çatmayanda...” məsələ yada düşür. Guya işğalçı ölkənin BTQ-yə qoşulması İrəvandan çox Bakıya lazım imiş. Halbuki hələ 10 il qabaq işğalçı ölkədən yan keçəcək bu yolun inşası başlayanda ermənilər Avropadakı və ABŞ-dakı bütün lobbi qurumlarını ayağa qaldırmışdılar ki, onun tikintisini əngəlləsinlər.

Müəyyən qədər istəklərinə nail də oldular. Avropa Birliyi layihəyə kredit ayırmaqdan imtina etdi. ABŞ Konqresi də Ermənistanın mövqeyini ifadə edən mövqe ortaya qoydu. Nəticədə Azərbaycan sərmayənin mühüm hissəsini öz üzərinə götürsə də, yolun inşası ləngidi.

Image result for BTQ-nin

O da faktdır ki, BTQ-ın Cavaxetiya (Gürcüstan) hissəsinin tikintisinə orada yaşayan etnik ermənilər sonadək mane olublar - öz torpaqlarını dəmiryolunun inşası verməkdən imtina etməklə. Buna Cavax separatçısı (daha dəqiqi, erməni separatçılarının Gürcüstandakı nümayəndəsi) Vaaqn Çaxalyanın BTQ ilə bağlı söylədikləri də şübhə yeri qoymur (haqqin.az). Belə ki, bu zat vaxtilə dəmiryolunun tikintisinə həqiqətən bu cür əngəllər yaratdıqlarını etiraf edib və bir az da Azərbaycanı hədələyərək deyib: “Heç kim erməni mallarının BTQ ilə daşınmasını qadağan edə bilməz”.



Beləcə, erməni bir yandan, Şarmazanov timsalında bizə BTQ ilə bağlı minnət qoyur, digər yandan isə Çaxalyanın dili ilə Azərbaycana hədə-qorxu gəlir. Bu da hamısı deyil, başqa əcaib və təhdidedici yanaşma da var. Söhbət BTQ-nin Bakı-Tiflis-Ceyhan (BTC) dəmiryolu kimi hədəf alınmasından gedir.

Bu barədə artıq İrəvanda açıq hədələr səslənməkdədir. Belə ki, erməni nəşri “Lragir” yaxın günlərdə Rusiya ilə imzalanmış kredit çərçivəsində yeni silahların alınacağını anons edərək, ardınca bunu həm də BTQ-nin hədəf alınacağının açıq işarəsi sayıb. Sitat: “Ermənistan regionda yeni status-kvonun müəllifi olaraq, vaxtaşırı özünün komendant funksiyasını xatırlatmalıdır”.

Yəni regional neft-qaz kəmərlərini və nəqliyyat dəhlizlərini hədəfə alıb bölgəni qarışdırmaq nəzərdə tutulur. Əslində bu da təzə məsələ deyil. Bənzər hədlər indiyədək başqa transmilli layihələrə qarşı da olub.

*****

Şübhəsiz ki, xain qonşularımızı ruhlandıran həm də Rusiyanın dəstəyidir. Nümunə kimi, Rusiya Dövlət Dumasının ermənipərəst deputatı, MDB İnstitutunun direktoru Konstantin Zatulinin BTQ haqda söylədiklərini qeyd eləmək olar. Zatulin Ermənistan və Rusiyadan yan keçən BTQ-ni nəinki Ermənistana, eləcə də Rusiyaya təhdid saydığını, BTQ-ni Bakı-Tiflis Ceyhan xəttinin başqa bir davamı hesab etdiyini demişdi.

Ancaq yaxşı ki, Rusiya tək Zatulindən ibarət deyil. O Rusiya ki, indi öz maraqları naminə Azərbaycanla “Şimal-Cənub” ortaq nəqliyyat projesi içindədir - forpost Ermənistanın maraqlarına zidd olaraq. Fəqət, Kremlin çoxbaşlı siyasətini, ermənilərin isə Moskvanın əlində 200 ildir maşa rolu oynamasını da yaddan çıxarmaq olmaz.

Siyasət şöbəsi

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net