Ana səhifə

“Ə.Həsənov meşoğun ağzını açıb ona-buna pul paylayacaq ki, bu fakt prezidentdən gizlədilsin“

    Tarix: 04-08-2017 14:38   
  “Ə.Həsənov meşoğun ağzını açıb ona-buna pul paylayacaq ki, bu fakt prezidentdən gizlədilsin“


Hafiz Hacıyev: “Adamdan soruşarlar ki, nəvən o qədər pulu hardan alıb?”

Ölkə mediasında yer alan məlumatlara görə, ötən gecə Bakının Heydər Əliyev prospektində baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev “Mercedes Galendewagen” markalı avtomobillə qəza törədib, nəticədə bir piyada qəza nəticəsində dünyasını dəyişib.
Məmur nəvəsinin yüksək sürət səbəbi ilə törətdiyi bu qəza məmurlar və onların yaxınlarının hələ də ölkə başçısının xəbərdarlıqlarından nəticə çıxarmamasının növbəti nümunəsi kimi dəyərləndirilə bilərmi?


Anaxeber.az-a açıqama verən Müasir Müavat Partiyasının sədri Hafiz Hacıyev Ə.Həsənovun buna görə vəzifədən çıxarılmalı olduğunu vurğuladı:
“Təbii ki, bunu məmur və onların övladlarının prezidentin tapşırıqlarını yerinə yetirməməsi faktı kimidəyərləndirmək mümkündür. Çünki bunlar artıq ölkə başçısının tapşırıqlarını qulaqardına vururlar. Saymamazlıq edirlər.
Bir neçə gün bundan öncə bir general oğluna görə vəzifədən azad edildi. Indi isə Ə.Həsənovun nəvəsi belə bir addım atıbsa, təbii ki, buna görə cavab verməlidirlər. Hesab edirəm ki, cənab prezident bununla bağlı qəti tədbir görməlidir. Lakin düşünürəm ki, Ə.Həsənov meşoğun ağzını açıb ona-buna pul paylayacaq ki, bu fakt prezidentdən gizlədilsin.
Ə.Həsənov bu fakta görə bu gündən istefa verməlidir. Adamdan soruşarlar ki, nəvən o qədər pulu hardan alıb? Sənin dövlətə hansı xeyrin dəyib?
Hesab edirəm ki, cənab prezident Ə.Həsənovu vəzifədən azad etməli, faktla bağlı cinayət işi açılmalıdır”.
Anaxeber.az-

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net