Ana səhifə

FHN-də MƏNİMSƏMƏ – Baş Prokurorluq cinayət işi açdı

    Tarix: 03-08-2017 18:00   
FHN-də MƏNİMSƏMƏ – Baş Prokurorluq cinayət işi açdı
Məhkəmə hökmü ilə dövlət nəfinə müsadirə olunmuş pirotexniki məmulatların mənimsənilməsi barədə Fövqəladə Hallar Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan “AzPolitika”ya verilən məlumata görə, aparılmış araşdırmalar zamanı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə olunaraq saxlanması üçün Fövqəladə Hallar Nazirliyinə verilmiş 167 min 887 manat dəyərində pirotexniki məmulatların nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətində mənimsənilməsində şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net