Ana səhifə

“Əgər cəmiyyət hakimiyyətə qarşı təzyiqlərini təsirli dərəcədə çoxaltsa...”

    Tarix: 02-08-2017 21:44   
“Əgər cəmiyyət hakimiyyətə qarşı təzyiqlərini təsirli dərəcədə çoxaltsa...”

“Azərbaycanda iqtidar-müxalifət dialoqu heç vaxt olmayıb”


Azərbaycanda iqtidar-müxalifət dialoqu zaman-zaman gündəmə gəlsə də, son vaxtlar ölkə gündəmində bu barədə hər hansı fikir səslənmir. Sanki bu mövzu həm media, həm də siyasilər tərəfindən tamamilə unudulub.
Maraqlıdır, indiki siyasi-iqtisadi gerçəklik fonunda belə bir dialoqun baş tutması mümkündürmü? Ümumiyyətlə, bu kimi dialoqların real nəticə verməsi üçün atılması gərəkən hansı addımlar var?



Anaxeber.az-a açıqlama verən AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Azərbaycanda iqtidar-müxalifət dialoqu heç vaxt olmayıb. Müəyyən görüşlər və təmaslar olub ki, bunlar da formal xarakter daşıyıb. Daha çox iqtidarın imicinə və siyasi maraqlarına hesablanıb. Belə formal görüş sonucu dəfə 2010-ci il seçkiləri ərəfəsində baş tutub və həmin görüşə də o zaman ictimai-siyasi şöbənin müdiri səviyyəsində təmsilçilik edilib.
Əslində Azərbaycanda iqtidar-müxalifət dialoquna hər zaman ehtiyac olub. Lakin hakimiyyət həmişə müxalifətin mövcudluğunu inkar edib və ünsür adlandırıb, aşağılayıb.Düşmən münasibəti göstərib. Ona görə də mən iqtidar-müxalifət diqlounun baş tutacağına, iqtidarın buna həvəs göstərəcəyinə qətiyyən inanmıram. Ona görə də günün aktual movzusuna çevrilməsi mümkün deyil. Lakin cəmiyyət bir qədər fəallaşsa və hakimiyyətə qarşı təzyiqlərini təsirli dərəcədə çoxaltsa, iqtidar müxalifətlə dialoqa gələ bilər. AMİP olaraq biz hər zaman dialoqa və qarşılıqlı etimada və inama hazırıq
Məncə, hər iki düşərgə şərtlər qoşmadan və bir-birini inkar etmədən rəğbət prinsiplərinə əsaslanmalıdır. İnkarçılığa və düşmənçiliyə deyil”.
Anaxeber.az

Ən çox oxunanlar

Reklam
azza

Xəbər lenti
Sayğac
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.az © 2014
Designed by: Daraaz.net